ABŞ, Yaponiya və Cənubi Koreya liderləri Xirosimada görüşəcəklər
Bakı, 1 may, AZƏRTAC
Yaponiyanın Baş naziri Fumio Kisida may ayının ikinci yarısında “Yeddilər qrupu”nun (G7) Xirosima şəhərində baş tutacaq sammitində ABŞ Prezidenti Cozef Bayden və Cənubi Koreya lideri Sok Yol ilə üçtərəfli görüş keçirməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, Jiji agentliyi bu barədə Amerika hökumətindəki mənbələrinə istinadla məlumat yayıb.
Görüş zamanı üçtərəfli əməkdaşlığın, həmçinin regional problemlərin, o cümlədən KXDR-in nüvə-raket proqramının və Tayvan ətrafında yaranan vəziyyətin müzakirə ediləcəyi gözlənilir. ABŞ, Yaponiya və Cənubi Koreya liderləri sonuncu dəfə bu formatda ötən ilin noyabrında Kambocada görüşüblər.
Bu il “Yeddilər qrupu”na Yaponiya sədrlik edir. Mayın 19-dan 21-dək Yaponiyanın Xirosima şəhərində keçiriləcək G7 sammitinə Hindistan, İndoneziya, Avstraliya, Cənubi Koreya, Braziliya və Vyetnam liderləri də dəvət olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]