Abşeron rayonu ərazisindəki yolun çökmə səbəbi açıqlanıb
Bakı, 1 aprel, AZƏRTAC
Xırdalan–Masazır–Novxanı avtomobil yolundan ayrılaraq Zəngilan rayonundan olan qaçqın və məcburi köçkünlərin məskunlaşdığı şəhərciyə gedən yolda çökmə hadisəsi qeydə alınıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, aparılmış ilkin araşdırmalara əsasən, çökməyə səbəb kanalizasiya kollektorunda baş vermiş qəza nəticəsində suyun yol yatağını yuması olub.
Baş vermiş hadisə ilə bağlı operativ tədbirlərin görülməsi və problemin aradan qaldırılması məqsədilə aidiyyəti quruma dərhal məlumat verilib.
Hazırda ərazidə vəziyyətin tam stabilləşdirilməsi və qəzanın aradan qaldırılması üçün aidiyyəti qurum tərəfindən müvafiq addımlar atılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
- 12.06.2026 [16:58]
Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir
- 12.06.2026 [16:42]