Abşeron rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub VİDEO
Bakı, 18 yanvar, AZƏRTAC
Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “Chevrolet Cobalt” markalı 90-YL-765 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kənan İmanzadə saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, o, Xırdalan şəhərində yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradıb.
Araşdırma zamanı sürücünün nəqliyyat vasitəsi idarəetmə hüququnun olmadığı da müəyyən olunub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə K. İmanzadə 15 sutka inzibati qaydada həbs olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [19:17]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [18:17]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [17:01]
Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar
- 03.10.2026 [15:49]
DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
- 03.10.2026 [15:02]
Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı
- 03.10.2026 [14:07]