Abşeron rayonunda doqquz evdən oğurluq edən şəxslər saxlanılıb
Bakı, 21 aprel, AZƏRTAC
Bakıda oğurluqla məşğul olan şəxslər polis tərəfindən yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluq etdiyinə görə tutulmuş E.Mirzəyevin ətrafında Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki mağazaların birindən 5 min manat dəyərində geyim əşyaları və aksesuarlar, bir çay evindən isə 1000 manat dəyərində məişət əşyaları oğurlaması da müəyyən edilib.
Oğurluq etdiyinə görə tutulmuş V.Zülfüqarovun ətrafında Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 16-na keçən gecə rayondakı çay evlərinin birindən 3 min manat dəyərində kombi, digər çay evindən isə 600 manat dəyərində televizor oğurlaması da müəyyənləşdirilib.
Faktlarla bağlı araşdırmalar aparılır.