Abşeron rayonunda marketdən oğurluq edən şəxs saxlanılıb
Bakı, 5 noyabr, AZƏRTAC
Abşeron rayon sakini polisə müraciət edərək ona məxsus marketə müştəri qismində gələn şəxsin oradan tütün və spirtli içki məmulatlarını talayaraq hadisə yerini tərk etdiyini bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 36 yaşlı C.Beydullayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [19:57]
“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO
- 30.09.2026 [17:06]