Abşeron yarımadasında müşahidə olunan dumanlı hava şəraitinin səbəbləri açıqlanıb
Bakı, 5 mart, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün səhər saatlarından başlayaraq Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur.
Departamentdən AZƏRTAC-a verilən məlumata görə, görünüş 700, bəzi yerlərdə 200 metrədək məhdudlaşıb. Nisbi rütubət 91 faiz olub.
Duman az qradiyentli atmosfer təzyiqi sahəsində zəif cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin sahilyanı ərazilərə yayılması fonunda yaranıb. Bu meteoroloji hadisə hazırda nəinki Abşeron yarımadası, həm də Xəzərin şimal akvatoriyasını əhatə edir. Duman adətən səhər və gecə saatlarında su hövzələrinin üzərində və çökəkliklərdə yaranır. Bu meteoroloji hadisə nisbətən isti səthə enən soyuq hava kütlələri ilə əlaqədardır.
Qeyd edək ki, dünən havanın temperaturu iqlim normasını 5 dərəcəyədək aşaraq 17 dərəcə olub. Gecə saatlarında yer səthi tədricən soyuduğuna görə havanın aşağı qatlarının da soyumasına səbəb olub.
Nəticədə nisbətən isti və soyuq hava kütlələrinin qarşılaşması dumanın yaranması üçün əlverişli şərait yaradır. Adətən dumanın yaranması inversiya ilə izah olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:17]
Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ
- 05.10.2026 [12:53]
Sabah yağış yağacaq VİDEO
- 04.10.2026 [13:10]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]