Azərbaycan Dövlət İnformasiya Agentliyi

Absurd “torpaq teatrı”: Azərbaycan torpaqları hissə-hissə necə qoparılıb Ermənistana verilirdi

Absurd “torpaq teatrı”: Azərbaycan torpaqları hissə-hissə necə qoparılıb Ermənistana verilirdi

Bakı, 5 fevral, AZƏRTAC

Ermənistan adlandırılan dövlət əzəli Azərbaycan torpaqlarında - 104 il əvvəl ermənilərə bağışlanmış 9 min kvadratkilometr ərazidə qurulub. SSRİ vaxtı həmin ərazi Azərbaycandan hissə-hissə qoparılan torpaqlar hesabına üç dəfə genişləndirilib. Onlar bu torpaqlardakı bütün şəhər, kənd və yer adlarını dəyişdirsələr də, bu yerlərin əsl sahiblərinin izini hər vasitə ilə silsələr də, tarixi dəyişdirmək mümkünsüzdür. Azərbaycan Prezidentinin fərmanı ilə Şərqi Zəngəzur iqtisadi zonasının yaradılması ermənilərdə isterika doğurub. Buna lüzum varmı? Axı təkcə Zəngəzur yox, İrəvan da, Göyçə də, digər ərazilər də bizim tarixi torpağımızdır. Prezident İlham Əliyevin dediyi kimi, biz tarixi unuda, kiminsə siyasi maraqlarının girovuna çevrilə bilmərik.

AZƏRTAC tarixi sənədlərə, arxiv materiallarına istinadla Azərbaycan torpaqlarının illər boyu hissə-hissə qoparılib Ermənistana verilməsi ilə bağlı bəzi məqamlara nəzər salır.

İrəvanın ermənilərə “bağışlanması”

Absurd “torpaq teatrı” Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən bir gün sonra - 1918-ci il mayın 29-da İrəvanın və ətraf ərazilərin heç bir səbəb olmadan ermənilərə verilməsi ilə başladı. Bu, sonrakı bəlalara yol açan bağışlanmaz, haqq qazandırılması mümkün olmayan səhv idi. Təcavüzkar Ermənistan dövləti məhz ermənilərə peşkəş olunmuş 9 min kvadratkilometr ərazidə quruldu.

Azərbaycan Prezidenti İlham Əliyevin 104 il əvvəl baş vermiş bu hadisəyə münasibəti birmənalıdır: “Biz 1918-ci ili heç vaxt yaddan çıxarmamalıyıq. O vaxt Azərbaycan Xalq Cümhuriyyəti İrəvanı - qədim Azərbaycan şəhərini Ermənistana faktiki olaraq heç bir səbəb olmadan bağışladı. Göstərilən səbəblər də, necə deyərlər, keçərsizdir, yəni, onları səbəb kimi adlandırmaq olmaz və bu cinayəti heç vaxt bağışlamaq və əsaslandırmaq olmaz. Halbuki, o vaxt İrəvandan olan nümayəndələr buna qəti etiraz edirdi. Amma onların sözünə baxmadılar”.

O vaxt belə bir arqument gətirilirdi ki, ermənilər Azərbaycana ərazi iddialarından əl cəkəcəklər. Çəkdilərmi? Əksinə, Sovet imperiyasının himayəsi altında Ermənistan ərazisi Azərbaycandan qoparılmış torpaqların hesabına bir neçə dəfə genişləndi. Əsassız torpaq iddiaları hətta bu gün də davam edir.

Bizim dədə-baba torpağımız olan İrəvanın ermənilərə güzəştə gedilməsi 1918-ci ildə baş verib. Uzun illər sanki heç nə olmamış kimi heç kim bu mövzuya toxunmayıb. ilk dəfə bu tarixi faktla bağlı məsələ Prezident İlham Əliyev tərəfindən qaldırılıb. Müxtəlif kürsülərdə çıxış edərkən, o cümlədən xaricdə olarkən deyib ki, İrəvan bizim şəhərimizdir, bizim torpağımızdır. Deyib ki, açsınlar arxivləri, o dövrün xəritələrinə baxsınlar. Yəni bu, yaxın tarixdir, sənəd-sübutu ortada, göz qabağında olan bir tarixdir.

Tarixi arayış: 1918-ci ilin fevralında yaradılmış Cənubi Qafqaz Seyminin ümumi ərazisi 210 min kvadratkilometr idi. Bu ərazinin 45 min kvadratkilometri Brest-Litovsk (mart 1918-ci il) və Batum (iyun 1918-ci il) müqavilələrinin şərtlərinə görə Osmanlı Türkiyəsinə verildi. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 1918-ci il 29 may tarixli qərarı ilə İrəvan şəhəri daxil olmaqla 9 min kvadratkilometr ərazi ermənilərə güzəşt edildi, 100,6 min kvadratkilometri Azərbaycan Xalq Cümhuriyyətinə, 55,4 min kvadratkilometri isə Gürcüstana aid olundu.

Sonradan, xüsusən 1920-1929-cu illərdə torpaqlarımızın Ermənistanın tərkibinə verilməsi geniş vüsət aldı. Zəngəzurun Azərbaycandan qoparılması buna ən bariz sübut ola bilər.

Zəngəzurun Ermənistana verilməsi

Bir qədər əvvəl qeyd etdiyimiz kimi, İrəvan şəhəri və ətraf ərazilər ermənilərə guya bir şərtlə verilmişdi ki, gələcəkdə Zəngəzur, Naxçıvan və Qarabağa heç bir ərazi iddiası irəli sürməsinlər. Bəs sonra nələr baş verdi?

Bolşeviklər Cənubi Qafqazı işğal etdikdən sonra İosif Stalin belə bir absurd təkliflə çıxış etdi: Əgər ermənilər sovetləşməni qəbul etsə, Zəngəzur Ermənistana verilə bilər. Belə çıxır ki, sovet rejimi torpaqlarımızı hərraca qoymuşdu. Azərbaycan 1920-ci ilin aprelində bolşevik Rusiyası tərəfindən işğal edildikdən sonra həmin ilin noyabr ayında Zəngəzurun bizim əlimizdən alınıb Ermənistana birləşdirilməsi prosesi başlandı.

Ermənilər və onların havadarları bu və digər tarixi faktları saxtalaşdırmağa çalışsalar da ortada tarixi sənədlər, xəritələr var. Cənubi Qafqazın Cümhuriyyət dövründəki real siyasi xəritəsi var və dünya ölkələri də bunu belə qəbul edib. Sovet işğalından sonra dəyişən xəritələr də mövcuddur. Əgər ermənilər sovet tarixini inkar edirlərsə, onda biz Cümhuriyyət dövrünün tarixini və ərazilərini beynəlxalq ekspertlərin iştirakı ilə araşdıra bilərik.

Tarixi arayış: İndiki Ermənistan ərazisinə sovet dövründə üzərinə “məxfi” qrifi qoyulmuş qərarla xaricdən 500 min erməni köçürüldü. Həmin 500 min erməni məhz Zəngəzur ərazisinə yerləşdirildi. 1921-ci ildən etibarən 1929-cu il fevralın 29-na qədər Qərbi Zəngəzur Azərbaycan xalqının iradəsi olmadan, heç bir referendum keçirilmədən hissə-hissə Ermənistana verildi. Bununla da Naxçıvan ilə Azərbaycan arasında əlaqə də kəsildi. Hadisələrin sonrakı gedişi göstərdi ki, bu, Naxçıvanı da işğal etmək niyyəti ilə bağlı idi.

Baxın, Prezident İlham Əliyevin Zəngəzur məsələsi ilə bağlı mövqeyi də tam açıq və birmənalıdır: “Şərqi və Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Yəni, biz deyək ki, bu, olmayıb? Nəyə görə? Biz həqiqəti deyirik. İndi Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq”.

Sovet imperiyasının mövcud olduğu 70 ildə Azərbaycan ərazilərinin Ermənistana verilməsi mərhələ-mərhələ həyata keçirilirdi. Bu prosesin digər əsas hissəsi 1922-1929-cu illərə təsadüf edir.

1922-1929-cu illərdə Ermənistana verilən torpaqlar

Yüz il əvvəl -1922-ci ildə Cənubi Qafqaz (Zaqafqaziya) Sovet Federativ Sosialist Respublikası yarandıqdan sonra bu torpaqlarda sovet rejiminin mənafelərinə, gələcək niyyətlərinə uyğun inzibati-ərazi dəyişikliklərinə start verildi. Sovet Rusiyası Bakı neft rayonunu tam şəkildə özünə tabe etmək şərti ilə Cənubi Qafqaz regionunda mürəkkəb iqtisadi rayonlar yaratmaq, respublikaların iqtisadi imkanlarını süni şəkildə bərabərləşdirmək məqsədi güdürdü.

Həmin dövrün inzibati-ərazi bölgüsündə aşağıdakı prinsiplər prioritet götürülürdü:

- əsas sənaye sahələrinin təmərküzləşdirilməsi;

- milli mədəniyyətlərin maksimum səviyyədə yaxınlaşdırılmasına nail olmaqla gələcək vahid sovet mədəniyyətinin özülünün qoyulması;

- əhalinin sənaye məntəqələrinə yaxın ərazilərdə yerləşdirilməsının təmin edilməsi;

- rabitə xətlərinin istiqamətlərinin və xarakterinin müəyyənləşdirilməsi;

- əhalinin sayı;

- əhalinin milli tərkibi.

Göründüyü kimi, Moskva tərəfindən Cənubi Qafqazda həyata keçirilən sərhəd bölgüsü siyasətində birinci yerdə Sovet Rusiyasının iqtisadi maraqları, sonuncu yerdə isə region əhalisinin milli maraqları dayanırdı.

Tarixi arayış: 1922-ci il avqustun 22-də Cənubi Qafqaz Fövqəladə Komissiyasının sədrinin imzası ilə Azərbaycan SSR, Ermənistan SSR və Gürcüstan SSR Fövqəladə komissiyalarına həmin andan 24 saat ərzində sərhəd məntəqələrinin, gözətçilərin və nəzarət məntəqələrinin ləğv edilməsi haqqında sərəncam verildi. Sərəncamda qeyd olunurdu ki, artıq xarici sərhədlər Türkiyə və İranın sərhədləri sayılırdı. Bu sərəncamla Cənubi Qafqazın üç respublikası arasındakı 1918-1920-ci illərdə yaranmış sərhədlər faktiki olaraq öz əhəmiyyətini itirdi.

1921-ci ilin iyununda RKP (b) Qafqaz Bürosunun Plenumu Cənubi Qafqaz respublikalarında maldarlıqla məşğul olan əhalinin otlaqlara sərbəst çıxışı haqqında qərar qəbul etdi. Bu qərarın qəbulu bir sıra anlaşılmazlıqların yaranmasına və Cənubi Qafqaz respublikasının sərhəd ərazilərində yaşayan azərbaycanlı və erməni əhalisi arasında qarşıdurmalara səbəb oldu.

1922-ci il oktyabrın 25-də Azərbaycan SSR Xalq Torpaq Komissarlığı Xarici İşlər üzrə Katibliyə Azərbaycan SSR-in ərazisi haqqında təqdim olunan arayışdan: Azərbaycan SSR-in bütün ərazisi 7.989.105 desyatindir (1 desyatin = 1,09 hektar). Üç ölkənin razılığa əsasən Azərbaycan ərazisindəki keçmiş Qazax qəzasından Ermənistana 379.984 desyatin (4.151 kvadratkilometr), keçmiş Zəngəzur qəzasından Ermənistana 405.000 desyatin (4.424 kvadratkilometr) və keçmiş Tbilisi qəzasından Azərbaycana 79.600 desyatin (869 kvadratkilometr) ərazi verilir.

Beləliklə, 1922-ci ildə Azərbaycan 7.989.105 desyatin olan ərazisindən (379.984; 405.000) 784.984 desyatin itirir, əvəzində cəmi 79.600 desyatin alır. Bununla da Azərbaycanın ərazisi ümumilikdə 7.283.721 desyatin (79,577 kvadratkilometr) təşkil edir.

Arxiv sənədləri göstərir ki, Azərbaycan SSR ilə Ermənistan SSR-in ayrı-ayrı rayonları arasında baş vermiş sərhəd mübahisələri əksər hallarda erməni tərəfinin xeyrinə həll edilirdi. Bununla bağlı bir neçə faktı göstərmək kifayətdir:

• Ermənistan SSR-in Dilican qəzasının Qulp kəndi ilə Azərbaycan SSR-in Qazax qəzasının II Şıxlı kəndi arasında mübahisəli ərazisi 940 hektar olan Çömçə sahəsi Qulp kəndinə verildi.

• Dilican qəzasının Kökənd kəndi ilə Qazax qəzasının Daşsalahlı kəndi arasında mübahisəli ərazi olan 700 hektar Qaraçöl ərazisi Ermənistan SSR-in Kökənd kəndinə verildi.

• Cənubi Qafqaz MİK-in xüsusi yerli komissiyasının 1924-cü il 8 noyabr tarixli qərarı ilə Ermənistan SSR-in Dilican qəzasının Noraşen, Moseskənd və Aşağı Qızılbulaq kəndləri ilə Azərbaycan SSR-in Qazax qəzasının Qacalı və Əlibəyli kəndləri arasında mübahisəli 753 desyatin (8,2 kvadratkilometr) “Günəş” ərazisi iki hissəyə bölündü.

• Azərbaycan SSR-in Qazax qəzasının Şınıx-Ayrım ərazisindəki 4000 desyatinlik (43,7 kvadratkilometr) torpaq sahəsi Ermənistan SSR-in Dilican qəzasının tərkibinə qatıldı.

• Cənubi Qafqaz MİK-in yerli komissiyasının 1929-cu il iyulun 19-20-də keçirilən iclasının qərarı ilə Dilican qəzasının Güney-Xeyrimli kəndi Qazax qəzasının Xeyrimli kəndi ilə birləşdirildi və Ermənistan SSR-in Dilican qəzasının tərkibinə verildi. Bununla da Qazax qəzasının əhalisi 50 faiz yaylaq torpaqlarından məhrum edildi.

Azərbaycan SSR-in Cənubi Qafqaz Federasiyasının qonşu respublikaları ilə sərhəd mübahisələri üzrə MİK Torpaq Komissiyasının 1928-ci il hesabatına əsasən, Ermənistan SSR-ə 75904 desyatin (829,2 kvadratkilometr) münbit torpaq və 79208 desyatin (865,3 kvadratkilometr) “yararsız” torpaq verilmişdi.

1921-ci ilin iyulunda Zəngəzurun Qərb hissəsinin işğalı və Ermənistan SSR-ə birləşdirilməsi, Qarabağın dağlıq hissəsində süni erməni muxtariyyətinin sərhədlərini müəyyən etmək məqsədilə aparılan inzibati dəyişikliklər vəziyyəti daha da gərginləşdirirdi.

Ermənistan SSR-in Dərələyəz və Novo-Bayazit qəzaları ilə Azərbaycan SSR-in Kürdüstan qəzasının sərhədində, təxminən 12 min desyatin (131,1 km2) ərazisi olan Alagöl gölünün ətrafında yerləşən Alagöl və ya Alagöllər yay otlaqları da Ermənistanın ərazi iddialarına daxil idi. Ermənistan rəhbərliyi bu məsələni 1923-cü ildə qaldırmışdı. Ermənistan SSR Mərkəzi İcraiyyə Komitəsi (MİK) 1926-cı il iyunun 23-də Azərbaycan SSR MİK sədrinə göndərdiyi teleqramda bildirirdi ki, ərazisi 13170 desyatin (143,8 km2) olan Alagöllər otlaq sahəsi Cənubi Qafqaz MİK-in qərarı ilə hələ 1921-ci ildə Dərələyəz qəzasına verib. Azərbaycan SSR MİK Rəyasət Heyətinin katibliyi 1926-cı il iyulun 5-də və dekabrın 25-də Ermənistan SSR MİK-in katibliyinə iki sorğu göndərərək Cənubi Qafqaz MİK-in həmin qərarını təqdim etməsini istədi. Lakin bu sorğulara Ermənistan SSR MİK katibliyindən heç bir cavab verilmədi.

Naxçıvandan qoparılan ərazilər

Arxiv sənədlərindən aydın olur ki, sovet rejiminin ilk illərində Naxçıvan Muxtar Respublikasının bir neçə kəndi də Ermənistan SSR-in tərkibinə qatılmışdı. Ermənistan SSR Qars müqaviləsinə əsasən Azərbaycan SSR tərkibində Naxçıvanın muxtariyyətini rəsmən tanısa da, gələcəkdə onu özünə birləşdirmək niyyətindən əl çəkməmiş və bir müddət sonra Naxçıvan MSSR-in torpaqlarının bir hissəsini qopararaq öz ərazisinə birləşdirməyə nail olmuşdu.

Tarixi arayış: Cənubi Qafqaz MİK-in 1929-cu il 18 fevral tarixli qərarı ilə Naxçıvan MSSR-in Qurdqulaq, Horadiz, Xaçık, Ağbın, Ağaç, Almalı, Dağalmalı, İtqıran, Sultanbəy kəndləri, ona bitişik Suayrıcı silsiləsi və Qərçivan kəndinə qədər olan otlaqlar, habelə Ordubad sahəsinin Qərçivan və Kilid kəndinin torpaqlarının bir hissəsi, Cənubi Qafqaz MİK-in 1938-ci il 5 mart tarixli qərarı ilə isə Sədərək və Kərki kəndlərinin, o cümlədən Şərur qəzasının kəndləri ətrafındakı torpaqların bir hissəsi Sovet Ermənistanına verildi. Ermənistan SSR tərkibinə verilən kənd ərazilərinin ümumi sahəsi 658,4 kvadratkilometr idi. Beləliklə,1933-cü il yanvarın 1-dən Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının ərazisi azalaraq 5.329,6 kvadratkilometr təşkil edirdi.

Bütün bu addımlar Naxçıvan MSSR-in statusu və sərhədləri haqqında Moskva və Qars müqavilələrinin şərtlərinin kobud şəkildə pozulması idi. Belə ki, Cənubi Qafqaz respublikaları federasiyanın tərkibinə daxil edildikdən sonra Azərbaycan SSR və Ermənistan SSR arasında sərhədləri çərçivəsində reallaşan ərazi-inzibati dəyişikliklər Azərbaycan əhalisinin iqtisadi həyatının tarixən formalaşmış təbii sərhədləri və şərtləri nəzərə alınmadan pozuldu və SSRİ-nin birbaşa müdaxiləsi Azərbaycan torpaqlarının parçalanması hesabına Ermənistan SSR-in sərhədlərinin genişləndirilməsini təmin etməyə yönəldi.

Tarixin bütün dövrlərində Azərbaycana qarşı əsassız iddiaların təmin olunması erməni dairələrini daha da şirnikləşdirir, onların “böyük Ermənistan” yaratmaq xülyalarının gerçəkləşməsi üçün real imkanlar yaradırdı. Bu sıraya amansızcasına həyata keçirilən, qətliama bərabər deportasiya da daxildir.

Qətliama bərabər deportasiya

Sovet rəhbərliyinin himayəsi ilə əsassız ərazi iddialarına nail olan ermənilər bununla kifayətlənmədilər. Eyni zamanda, azərbaycanlıları tarixi torpaqlarından məcburi şəkildə, zorla köçürməyə başladılar. Azərbaycanlıların indiki Ermənistandan etnik təmizlənməsi və deportasiyalarının əsas səbəbi ölkənin milli tərkibinin dəyişdirilməsi idi.

Tarixi arayış: Qərbi Azərbaycandan azərbaycanlıların, ümumiyyətlə, müsəlmanların deportasiyası üç mərhələdə aparılıb. Birinci mərhələ 1905-1920-ci illəri, ikinci mərhələ 1948-1953-cü illəri, üçüncü mərhələ isə 1988-1992-ci illəri əhatə edir. Bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaxın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daxil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən çox azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. Sonuncu deportasiyada - 1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib. Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tarixi, mədəni və dini abidələri, məktəb, xəstəxana və digər binaları darmadağın edib. Təkcə 1988-ci ildən sonra Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara məxsus 2000-dən artıq qəbiristanlığı dağıdıb.

Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası Stalinin göstərişi ilə həyata keçirilmişdi. Məqsəd Ermənistanın azərbaycanlılardan "təmizlənməsi" idi. Ermənilər deportasiya planını həyata keçirməzdən əvvəl bunun üçün xüsusi siyasət yürüdür, öz mənfur niyyətlərini hər vəchlə pərdələyirdilər.

Prezident İlham Əliyev deportasiyanın fəlakətli nəticələri haqqında danışarkən deyib: “1940-1950-ci illərdə azərbaycanlılar deportasiyaya məruz qaldılar və yüz minlərlə azərbaycanlı öz doğma torpağından Kür-Araz ovalığına köçürüldü. Onlar, dağ yerlərində yaşamağa öyrəşmiş insanlar Aran zonasına köçürüldü, özü də o vaxt orada heç kim yaşamırdı - nə su var idi, nə yaşamaq üçün şərait var idi - bir çoxları da orada həlak oldular. Bunun da bəhanəsi o idi ki, guya xaricdə, Avropada yaşayan ermənilər qayıdacaq. Amma birincisi, onların bir çoxu heç qayıtmadı, ikincisi, əsas məqsəd yenə də azərbaycanlıları öz doğma torpaqlarından didərgin salmaq idi”.

Heydər Əliyev torpaq “bağışlanması” prosesinə necə son qoydu

Azərbaycanın tarixi ərazilərinin illər keçdikdə müxtəlif bəhanələrlə Ermənistana birləşdirilməsi prosesinin qarşısı 1969-cu ildə alındı. Ulu öndər Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrdə Ermənistana bir qarış belə torpaq verilmədi.

Bu elə bir dövr idi ki, ermənilər indi də Gədəbəy rayonundakı bəzi torpaqlara göz dikmişdilər və sovet rəhbərliyinin müvafiq qərar çıxarmasına nail olmuşdular. 1969-cu ilin iyul ayında Heydər Əliyev Azərbaycana rəhbər seçilən kimi bu məsələyə yenidən baxmağı Moskva qarşısında qaldırdı. Sov.İKP MK 1969-cu il 5 avqust tarixli iclasında “Ermənistan SSR Şəmşəddin rayonunun və Azərbaycan SSR Gədəbəy rayonunun bəzi kolxozları arasında qeyri-normal qarşılıqlı münasibətlər haqqında” qərar qəbul etdi.

Məsələ Azərbaycan KP MK Bürosunun 1969-cu il 12 avqust tarixli iclasında müzakirə edildi və iki bənddən ibarət qərar qəbul olundu. Birinci bənddə iki respublikanın müvafiq kolxozları arasında mübahisəli torpaqlardan istifadə haqqında məsələyə bir ay müddətinə baxmaq və mübahisəni həll etmək barədə Sov.İKP MK katibliyinin Azərbaycan və Ermənistan KP MK-ya, Nazirlər Sovetinə və SSRİ Kənd Təsərrüfatı Nazirliyinə tapşırıq verdiyi vurğulanırdı. İkinci bənddə isə Ermənistan KP MK-nın ayırdığı işçi komissiya ilə birlikdə mübahisəni həll etmək üçün razılaşdırılmış layihəni işləyib hazırlamaq və iki həftə müddətinə Azərbaycan KP MK-ya təqdim etmək tapşırıldı.

İki qonşu xalq arasında normal münasibətlərin yaradılması zəruri sayıldı. Bir müddət sonra Qazax rayonu ilə İcevan rayonunun sərhədində Ermənistan KP MK-nın birinci katibi A.E.Koçinyanla görüşən Heydər Əliyev 1903-cü ildə çar Rusiyasının hakimiyyət orqanları tərəfindən çap edilmiş, azərbaycanlılara və ermənilərə məxsus torpaqları özündə əks etdirən xəritəni ona təqdim etdi. Fakt qarşısında qalan Ermənistan rəhbərliyi geri çəkildi. Tərəflər bundan sonra heç bir ərazi məsələsini irəli sürməmək haqqında razılığa gəldilər.

Torpaqların verilməsi barədə qərarın icrasının dayandırılması qatı millətçi erməni dairələrində ümidsizlik yaratsa da, onlar imkan düşdükcə Azərbaycan torpaqlarına əsassız iddialar irəli sürməkdən əl çəkmirdilər.

Kəmərli hadisəsi: Absurd “torpaq teatrı”na qarşı ilk kütləvi müqavimət

Növbəti iddialardan biri 1983-cü ildə qaldırıldı. Bu, Qazax rayonunun Kəmərli kəndinin 1675 hektar torpaq sahəsi ilə bağlı idi. Bu ərazi Ermənistan SSR Noyemberyan rayonunun Dovex kəndi ilə Kəmərli kəndi arasında yerləşirdi.

Kəmərli kəndinin sakinləri həmin əsassız iddiaya etiraz olaraq rayon Partiya Komitəsinə, İcraiyyə Komitəsinə və respublika Nazirlər Sovetinə müraciət etdilər, lakin qaneedici cavab almadıqları üçün pul toplayaraq kənd nümayəndə heyətini 1984-cü ilin oktyabrında Moskvaya şikayətə göndərdilər. Mərkəzin müvafiq tapşırığından sonra Azərbaycan KP MK vəziyyəti diqqətlə öyrənmək və normallaşdırmaq üçün tədbirlər görmək haqqında Qazax rayon Partiya Komitəsinə göstəriş verdi.

Lakin məsələ yenə də həllini tapmadı. Səbəb o idi ki, SSRİ rəhbərliyi Azərbaycandan ərazinin Ermənistana verilməsini israrla tələb edirdi. Moskvanın göstərişlərini yerinə yetirən respublika rəhbərliyi Qazax rayonuna nümayəndə heyəti göndərdi. 1984-cü il oktyabrın 23-də “mübahisəli ərazi”yə baxış keçirildi. Narazı sakinlərə bildirildi ki, son qərar iki respublika nümayəndələrindən ibarət komissiya tərəfindən oktyabrın 24-də qəbul ediləcək.

Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini Ş.Rasizadə, Qazax rayon Partiya Komitəsinin birinci katibi A.Süleymanov, rayon İcraiyyə Komitəsinin sədri B.Eyyubov, Ermənistan SSR Nazirlər Soveti sədrinin birinci müavini V.Movsesyan, Noyemberyan rayon Partiya Komitəsinin katibi R.Mamyan və başqaları (cəmi 8 nəfər) üç “Niva” və “UAZ-69” markalı maşınlarda oktyabrın 24-də Kəmərli kəndinin yaxınlığındakı Bataqlı bulaq deyilən yerə gəldilər. Vəzifəli şəxslərin gəlişindən xəbər tutan və həyati mənafelərinə toxunan məsələnin belə qoyuluşundan narazı olan 150 nəfər sakini onlarla görüşə getdi. Kənddən təqribən 3,5 kilometr aralıda komissiya üzvlərinin olduğu maşınları qarşılayan qəzəbli əhali ərazinin ermənilərə verilməsi qərarına kəskin etirazını bildirdi. Onlar komissiya üzvlərinin maşınlarını aşırırdılar, hər iki tərəfdən olan vəzifəli şəxsləri zorla kənd klubuna gətirdilər. Burada Torpağın Kəmərli kəndinə məxsus olması və alınmayacağına dair akt tərtib edərək imzalamalarını tələb etdilər. Yalnız tələbləri yerinə yetirildikdən sonra onları klubdan bayıra buraxdılar.

Sov.İKP MK yaranmış şəraiti araşdırmaq üçün Qazax rayonuna öz nümayəndəsini göndərdi. Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırovun tapşırığı ilə həmin şəxslə birlikdə Azərbaycan KP MK katibləri V.Konovalov və İ.Məmmədov da Qazax rayonuna gəldilər. Moskvadan gələn nümayəndə məsələyə dair arayış hazırladı. Yaranmış vəziyyət Sov.İKP MK katibliyində müzakirə olunduqdan sonra qəbul edilən qərar Azərbaycana və Ermənistana göndərildi. Baş verən hadisənin səbəblərini və şəraiti öyrənmək, vəziyyəti normallaşdırmaq, günahkarları məsuliyyətə cəlb etmək üçün Qazax rayonuna respublika prokurorluğunun, DİN və DTK-nın rəhbər işçiləri ezam olundu. Azərbaycan SSR və Ermənistan SSR prokurorluqlarının başladıqları cinayət işi birləşdirilərək bir icraata verildi. SSRİ prokurorluğu baş istintaq idarəsinin prokuroru B.Astaşinin rəhbərlik etdiyi və hər iki respublika prokurorluğunun əməkdaşlarının daxil olduğu istintaq qrupu təşkil edildi. Həmçinin Azərbaycan KP MK tərəfindən xüsusi komissiya yaradıldı. Hazırlanan arayışlar, məsələnin əsl mahiyyətini əks etdirmirdi. Bu cür yanaşma münaqişənin səbəblərini, yəni Ermənistanın əsassız ərazi iddialarını ört-basdır etmək və təqsiri bəzi azərbaycanlı işçilərin üstünə yıxmaq cəhdindən başqa bir şey deyildi.

Azərbaycan KP MK Bürosunun 1984-cü il 12 noyabr tarixli iclasında “Qazax rayonunun Kəmərli kəndində münaqişə haqqında” məsələ müzakirə edildi. MK Bürosu məsələyə dair 10 bənddən ibarət qərar qəbul etdi və məsələyə bəzi sakinlərin cəzalandırılması ilə nöqtə qoyuldu.

Məsələnin mahiyyətinə gəlincə, Kəmərlidə baş vermiş həmin hadisə, əslində, əsassız ərazi iddialarına ilk kütləvi etiraz, haqlı müqaviməti idi. Əgər Azərbaycan SSR rəhbərliyi xalq ilə bir yerdə olsaydı, ermənilər torpaqlarımızı bu qədər asanlıqla zəbt edə bilməzdilər.

Tariximizdə möhtəşəm ilk: azadlığa qovuşmuş Qarabağ

1990-cı illərin əvvəllərində Ermənistan yenə sovet imperiyasının himayəsi ilə ərazilərimizin daha 20 faizini ələ keçirdi. Əvvəlkilərdən fərqli olaraq, bu dəfə açıq şəkildə, dünyanın gözü qabağında, silah gücünə və görünməmiş vəhşiliklə.

Torpaqlarımız 30 il işğal altında qaldı, şəhər və kəndlərimiz yerlə-yeksan edildi. Nəhayət, 2020-ci il sentyabrın 27-də xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağın işğaldan azad edilməsi uğrunda mübarizəyə qalxdı. Cəmi 44 gün çəkən Vətən müharibəsi şanlı Qələbəmizlə başa çatdı, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Xalqımız çoxəsrlik tarixində ilk dəfə idi ki, itirilmiş torpaqlarını geri qaytara bildi. İkinci Qarabağ müharibəsi tariximizə qızıl hərflərlə yazıldı, kimin kim olduğunu bütün dünyaya nümayiş etdirdi.

Yuxarıda söhbət gedən tarixi faktlardan, sənəd-sübutlardan göründüyü kimi, Ermənistanın yox, əslində, bizim ona ərazi iddiası qaldırmağa hər cür əsasımız var. Amma beynəlxalq hüquqa hörmətlə yanaşan Azərbaycan bu iddia ilə çıxış etmir. Bununla belə, məsələni haqlı olaraq belə qoyur ki, azərbaycanlılar öz dədə-baba torpağı olan Zəngəzura, eyni zamanda, İrəvana, Göyçəyə və digər torpaqlara qayıtmalıdırlar və qayıdacaqlar. Dövlət başçısının siyasəti də məhz buna istiqamətlənib.

 
Hikmət Əhmədov
AZƏRTAC-ın aparıcı müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabunçu qəsəbəsində açıq ərazidə yanğın baş verib

Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir

Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib

İğdırdakı “Şuşa” uşaq bağçasında Mübariz İbrahimovun adını daşıyan sinif açılıb

Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır

® “Azercell” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib 

Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib

Enerji Dialoqu Platforması təşəbbüsü çərçivəsində gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyaları başlayıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib

BMU ilə Çinin Sian Şiyou Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Şərurda gənclərin yaradıcılıq və idman bayramı: “Gənclik Festivalı – Şərur 2026” FOTO

Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarına baş çəkiblər

Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub

Milli Məclisin komitəsi dövlət büdcəsinin icrasına dair qanun layihəsini dəstəkləyib

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 38 mindən müraciət daxil olub

Maliyyə Monitorinqi Xidmətində Beynəlxalq Maliyyə Kəşfiyyatı Orqanları Günü qeyd olunub

Azərbaycan ilə İsrail arasında qida məhsullarının idxal-ixrac əməliyyatları genişləndirilir

Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib

Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub

Beynəlxalq Muğam Mərkəzində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq

Azərbaycanın elm və təhsil mühiti Avropanın rəqəmsal məkanına inteqrasiya olunur

“İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramından yararlanan gənclərin sayı açıqlanıb

Avropada qaz anbarlarının doluluq nisbətinin noyabrın 1-dək 70 faizə çatacağı proqnozlaşdırılır – Tədqiqat

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub FOTO

AQTA: Ölkədə quş qripi və Nyukasl xəstəlikləri ilə bağlı epizootoloji vəziyyət sabitdir

Azərbaycan və Yunanıstan arasında səhiyyə sahəsində əməkdaşlıq genişləndirilir

Ekspert: Azərbaycan iqtisadi dividend, dayanıqlı inkişaf və siyasi sabitlik əldə edəcək

Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb

Azərbaycan enerji ehtiyatlarını uzunmüddətli inkişafın əsas aləti kimi dəyərləndirir ŞƏRH

QHT nümayəndələri ƏƏSMN-in publik qurumlarında vakant vəzifələrin tutulması üçün keçirilən imtahanı izləyiblər

Dövlət Vergi Xidmətində vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR

İstanbul Bəyannaməsi Cənubi Qafqazın yeni regional arxitekturasının siyasi manifestidir - Təhlil

AzTU SABAH proqramlarında tədris aparmaq üçün müəllim vəzifəsinə vakansiya elan edir

Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar

Süni intellektin müasir dövrdə sosial-iqtisadi sistemlərə təsiri və dayanıqlı inkişaf kontekstində rolu

Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan boks tarixində ilk: Anar Babanlı hakimlər üzrə ekspert statusu qazanıb

“TikTok” platforması Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsində iştirak edə bilər

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

İİB Qrupunun Təşkilatları Bakıda 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək

ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib

Sosial mediaya nəzarətin gücləndirilməsi artıq qlobal tendensiyaya çevrilib ŞƏRH

Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib

Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib

“Fitch Ratings” qlobal iqtisadi sektor üzrə proqnozunu dəyişib

Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır

Mahir Emreli karyerasının ən çətin oyununu açıqlayıb

MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb

Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır

Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür

Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur

Braziliya Ciu-citsu İctimai Birliyi Silahlı Qüvvələr Gününə həsr olunmuş seminar təşkil edib

Təhsil eksperti: Yeni hüquqi tənzimləmələr gənclərin təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək

Azərbaycandan Fransaya məhsul ixracının dəyəri 17 dəfədən çox artıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Hacı Əliyev: Azərbaycan güləşində uğurlu yolumu artıq məşqçi kimi davam etdirəcəyəm

Emin Əmrullayev Azərbaycan və Qazaxıstanın təhsil sahəsində əməkdaşlığını yüksək qiymətləndirib

Uşaqların erkən yaşlarda sosial şəbəkələrdən istifadə etməsi özünəinam problemlərini dərinləşdirə bilər - MÜSAHİBƏ

®  “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO

® “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO

“Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Turan Tovuz” kapitanı ilə vidalaşıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 noyabr tarixli 533 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb

® Qızıl kreditini bu banka gətirənlərə endirim var

Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır

Səudiyyə Ərəbistanı və Türkiyə dəmir yolu əlaqələrinin inkişafı ilə bağlı memorandum imzalayıb - YENİLƏNİB

Azərbaycanı güləş üzrə dünya çempionatında iki hakim təmsil edəcək

DÇ-2026: Azarkeşlər ödəniş müqabilində adlarını stadionlardakı monitorlarda nümayiş etdirə biləcəklər

Qazaxıstan və Azərbaycan maliyyə nəzarəti üzrə təcrübə mübadiləsi aparıb

Azərbaycanın kənd təsərrüfatı və qida məhsullarının Çin bazarına çıxış imkanları genişləndiriləcək

Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musardan

BDU-da Misir və Azərbaycan Mədəniyyət Günü təşkil olunub

Astanadakı xatirə lövhəsi Qazaxıstan-Azərbaycan dostluğunu xatırladır VİDEO

Astanadakı xatirə lövhəsi Qazaxıstan-Azərbaycan dostluğunu xatırladır VİDEO

Beynəlxalq Enerji Agentliyi: Qlobal elektrik enerjisi istehlakının üçdə ikisi qazıntı yanacaqlarından asılıdır

Premyer Liqanın yeni iştirakçısı 3 futbolçu ilə yollarını ayırıb

Aktiv ƏDV ödəyicilərinin sayı 4,2 faiz artıb

Təcili tibbi yardım əməkdaşları üçün praktiki təlim təşkil olunub

Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək

Dünya çempionatında İran azarkeşləri üçün ayrılan bilet kvotası ləğv edilib

Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir

Uşaq Filarmoniyasında “Nağıl aləminə səyahət” adlı konsert təşkil edilib

Sosial Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq tədbirlərdə iştirak ediblər

Ülviyyə Bəbirli: Mahnı Teatrı böyük sənətkar Rəşid Behbudovun irsini davam etdirir

Kamil Şahverdiyev: Rəşid Behbudovun zəngin yaradıcılığı və bənzərsiz səsi bu gün də yaşayır

Vyetnamın Baş prokuroru “ASAN xidmət”də

Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir

Siyasi etimad və strateji tərəfdaşlıq enerji və nəqliyyat layihələrinin davamlılığını təmin edən əsas amildir ŞƏRH

Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb

Zərdabda barama təhvilinə başlanılıb - tədarük həcminin bu il də yüksək olacağı gözlənilir

Bank kartı və mobil nömrə ilə identifikasiya - ekspert risklərdən danışıb

Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO

Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO

BMT ekspertləri Avropa Şurasının miqrasiya bəyannaməsi ilə bağlı narahatlıq ifadə ediblər

Rəşid Behbudovun anım günündə xatirə otağı yeni eksponatlarla zənginləşdirilib VİDEO

Rəşid Behbudovun anım günündə xatirə otağı yeni eksponatlarla zənginləşdirilib VİDEO