“ABU” PEŞƏKAR HƏNDBOL LİQASININ OYUNLARINDA İŞTİRAK EDƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın qadınlardan ibarət “ABU” həndbol klubu avqustun 31-də Rusiyanın Krasnodar vilayətinin Novomixaylovka kəndində start götürəcək MDB və Baltikyanı ölkələrin Peşəkar Həndbol Liqasının oyunlarında iştrak edəcəkdir. Turnirdən əvvəl isə komanda avqustun 24-dən 30-dək Ukraynanın Donetsk və Maykop şəhərlərində yerli klublarla 6 yoldaşlıq görüşündə gücünü sınayacaqdır.
Heyəti gücləndirmək məqsədi ilə yeni baş məşqçi Georgi Voronin komandaya Ukraynadan bir neçə legioner cəlb etmişdir.
Xatırladaq ki, oktyabrın 16-da Kuboklar Kuboku turniri çərçivəsində “ABU” Bakıda Polşanın “Zaqlembe” komandası ilə görüşəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]