Açıq Büdcə İndeksi üzrə Hesablama Palatasının fəaliyyəti yüksək qiymətləndirilib
Bakı, 2 iyun, AZƏRTAC
“Beynəlxalq Büdcə Əməkdaşlığı” (IBP) təşkilatı tərəfindən hazırlanan “Açıq Büdcə İndeksi” (ABİ) üzrə büdcə proseslərinin şəffaflığı, büdcə məlumatlarının ictimaiyyət üçün əlçatanlığı qiymətləndirilib.
Hesablama Palatasından AZƏRTAC-a bildirilib ki, 2021-ci ili əhatə edən hesabatda büdcəyə nəzarət üzrə ali audit orqanlarının subindeksi üzrə Palatanın fəaliyyəti 100 baldan 89 bal olmaqla, “adekvat” nəticə kimi yüksək qiymətləndirilib. ABİ-nin hazırlanmasında ali audit orqanının fəaliyyətinə aid edilən audit hesabatı 7 sualla əhatə edilib və bu suallardan 3-ü üzrə Hesablama Palatası maksimum 100 ballıq nəticə alıb. Hesablama Palatasının fəaliyyəti ilə bağlı qiymətləndirmənin nəticəsi (89 bal) 120 ölkə arasında bal baxımından 3-cü ən böyük göstəricidir.