Azərbaycan Dövlət İnformasiya Agentliyi

Adil Əliyev: Cənubi Qafqazda sülhün təminatçısı Azərbaycandır

Adil Əliyev: Cənubi Qafqazda sülhün təminatçısı Azərbaycandır

Bakı, 21 sentyabr, AZƏRTAC

Ermənistanın törətdiyi təxribatlara qarşı rəşadətli Ordumuz tərəfindən çox qısa müddətdə ən sərt şəkildə cavab verildi və düşmən cəzalandırıldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərişinə uyğun olaraq, lokal xarakterli antiterror tədbirlərinə başlayan Azərbaycan Ordusu 24 saatdan az vaxtda gücünü bir daha dünyaya nümayiş etdirdi. Peşəkar əsgər və zabitlərimizin arsenalımızda olan yüksək dəqiqlikli silahlarla sərrast atəşi nəticəsində düşmənin 100-dən çox hərbi təyinatlı obyekti, zirehli maşınları, radioelektron mübarizə vasitələri sıradan çıxarıldı. Məhz Ordumuzun qısa müddətdə apardığı lokal xarakterli uğurlu antiterror tədbirləri zamanı uzun müddətdir yalnız müharibə barədə danışan bir tərəf Azərbaycanın şərtləri ilə razı olduğunu və reinteqrasiya prosesi üçün görüşmək istədiyini elan etdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin sədr müavini Adil Əliyev söyləyib.

A.Əliyev qeyd edib ki, Vətən müharibəsində qazandığımız tarixi Qələbə nəticəsində Ermənistan məğlub tərəf olaraq kapitulyasiya aktını imzalayıb. Həmin akta əsasən, Ermənistan qısa müddətdə qoşunlarının Azərbaycan ərazisindən çıxarılacağını öhdəlik olaraq üzərinə götürüb. Təəssüf ki, daha sonra bu öhdəliyini də icra etməkdən imtina edib, bəzi havadarlarının yalan vədlərinə uyaraq sülh müqaviləsini imzalamaqdan yayınıb. Ölkəmizin ərazi bütövlüyünü tanımaqla kifayətlənməyərək, məhz onun ərazisini rəqəmlərlə qeyd edən Ermənistan kimlərinsə yalan vədlərinə inanaraq revanşist hisslərə qapılıb. Müharibədə uduzmasını, aman diləyərək kapitulyasiyanı qəbul etməsini unudub, ölkəmizin Qələbəsini həzm edə bilməyib, terror hadisələri, təxribatlar törədib. 2021-ci ildə, yəni, müharibədən cəmi bir il sonra Ermənistanda istehsal olunan minalar terrorçular tərəfindən Azərbaycanın azad olunmuş ərazilərində yerləşdirilib. Nəticədə bu günə qədər 314 vətəndaşımız həmin minaların qurbanı olub. Ermənistanın mütəmadi olaraq törətdiyi təxribatlar, terror fəaliyyəti ölkəmiz tərəfindən antiterror tədbirlərini qaçılmaz etdi. Rəşadətli Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirləri zamanı öz peşəkarlığını bir daha nümayiş etdirdi. Əvvəlcədən mülki əhali xəbərdar olundu, əhalinin hərbi əməliyyatlar aparılacaq ərazidən çıxmasına şərait yaradıldı.

“Yeganə hədəfi hərbi obyektlər olan və bütün döyüşlərdə peşəkarlığı ilə bərabər, mənəvi keyfiyyətini də ortaya qoyan Azərbaycan Ordusu müharibəni humanitar hüququn normalarına uyğun aparması ilə bir daha dünyanın diqqət mərkəzində oldu. Separatçıların mülki əhalinin arasında gizlənməsinə, hərbi obyektləri sivil insanların yaşadığı yerlərə yaxın yerləşdirilməsinə baxmayaraq, mülki insanlara heç bir ziyan yetirilmədi, hətta döyüş mövqelərini tərk edənlərə şərait yaradıldı”, - deyə Milli Məclis sədrinin müavini əlavə edib.

Qeyd olunub ki, məhz dünənki razılaşmadan sonra bu gün Ermənistan nümayəndə heyəti Yevlax şəhərinə gələrək burada Prezidentin nümayəndəsi ilə görüşdü və reinteqrasiya prosesi barədə dialoqa başladı. “Müzəffər Ali Baş Komandan dünən xalqa müraciət edərkən bildirdi ki, erməni xalqı ilə düşmənçiliyimiz yoxdur. Baş vermiş bütün faciələrin günahkarları xunta rejimi, separatçılar və bu rejimi dəstəkləyənlərdir. Bu gün sadə erməni xalqı ölkə başçısının bu müraciətindən dərs çıxarmalıdır, təkcə Bakıya, digər rayon və şəhərlərimizə deyil, yalnız Qarabağa və Şərqi Zəngəzura baxsalar indiyədək onları idarə edən xuntanın onları saldığı acınacaqlı vəziyyəti, hansı uçuruma apardığını dəqiq görə bilərlər”.

Torpaqlarımızın Ermənistanın işğalından azad edilməsindən 3 ildən az vaxt keçməsinə baxmayaraq, çox qısa müddətdə Şuşada, Füzulidə, Laçında, Zəngilanda və digər ərazilərdəki inkişafı bütün dünya görür. Ermənistanın dövlət büdcəsindən daha artıq məbləğ işğaldan azad edilmiş ərazilərimizdə abadlıq-quruculuq işlərinə sərf olunur. Ermənistanın viran qoyduğu rayon və şəhərlərimiz 3 il əvvəlki vəziyyəti ilə müqayisə olunmaz dərəcədə fərqlənir. İşğaldan azad olunmuş ərazilərdə ağıllı şəhər və ağıllı kənd konsepsiyaları icra edilir. İki beynəlxalq hava limanı tikilərək istifadəyə verilib, 3-cüsünün isə hazırda tikinti işləri davam edir. Elektrik, su təchizatı, avtonəqliyyat da daxil olmaqla bütün infrastruktur yaradılır və uzun illərdən sonra nəfəs gəlir. Bunların qarşısında xunta rejimi ermənilərə aclıqdan, səfalətdən, pis gündən başqa nə verdi? Öz cinayətkar əməllərinə görə erməniəsilli Azərbaycan vətəndaşlarını girov saxlayan rejim bəzi havadarlarına xoş göstərmək üçün məhz illərlə Xankəndi sakinlərini girov saxlayaraq zülm etmirdimi? Hər addımda onların beynini yuyur, Azərbaycan barədə mənfi imic yaradırdılar.

Dünya bilir ki, Azərbaycan tarixən çoxmillətli, çoxdinli bir ölkədir, bu ölkədə milli, etnik, dini zəmində heç bir zaman iğtişaş baş verməyib. Dövlət üçün insanların hansı dinə, dilə, xalqa məxsus olmasının bir fərqi yoxdur. Multikulturalizmi ilk dəfə dövlət siyasəti səviyyəsində həyata keçirən Azərbaycanın multikulturalizm modeli həm də dünyaya örnəkdir.

Adil Əliyev diqqətə çatdırıb ki, hazırda Qarabağda yaşayan erməniəsilli Azərbaycan vətəndaşları üçün tarixi bir andır. Reinteqrasiya prosesində yalnız görüntü yaratmaq məqsədilə deyil, bu prosesi ən qısa reallaşdırmaqla, birgəyaşayışa qayıtmalıdırlar. Ölkə başçısının dünənki çıxışında onları gözləyən xoş mənzərənin anonsunu verərək bildirdi ki, razılıq əldə edildikdən sonra erməniəsilli vətəndaşların təhsil, mədəniyyət, din və başqa hüquqları təmin ediləcək. Xankəndidə, Ağdərədə, Xocavənddə, Əsgəranda yaradılacaq genişmiqyaslı abadlıq və quruculuq işlərindən bəhs edərək gələcək xoş günlərin anonsunu verdi. Həm də, revanşist hisslərə qapılanlara “Dəmir yumruğu” göstərərək ölkəmizin hər zaman müharibəyə hazır olmasını bildirdi. Hər nə qədər sülhü dəstəkləyiriksə də, bir o qədər də iradəmizi reallaşdırmaq qüdrətində olduğumuzu bildirdi. Məhz antiterror tədbirləri zamanı Ordumuzun döyüş mövqelərini tərk edənlərə atəş açmaması, ölkəmizin sülhün yanında olmasının və dinc şəraitində yaşamaq istəməsinin əyani göstəricisidir. Ümid edirik ki, bunu artıq etməni xalqı da başa düşür və bu dəfə sülh müqaviləsi bağlanacaq, erməniəsilli Azərbaycan vətəndaşlarının cəmiyyətə reinteqrasiyasına nail olunacaq. Məhz onların hüquq və azadlıqlarının Konstitusiya və qanunlar çərçivəsində təmin ediləcək, bağlanmış sülh müqaviləsi ilə Cənubi Qafqaza uzun müddətdən sonra sabitlik yaranacaq.

“Separatçıların tərk-silah edilməsinin, təslim olmasının və uzun müddətdir reinteqrasiya prosesinin qarşısını alan qüvvələrin irəli sürülən şərtləri qəbul edərək dərhal bu prosesə qoşulmağa məcbur edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi, “Dəmir yumruğu” və rəşadətli Azərbaycan Ordusunun şücaətidir”, - deyə Milli Məclisin sədr müavini Adil Əliyev qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın rəqəmsal sosial müdafiə ekosistemi IESE platformasında işıqlandırılıb

Tbilisidə regionda ictimai nəqliyyatın inkişafı və şəhər nəqliyyatının təşkili məsələləri müzakirə edilib

Kobuljon Əhmədov: Media müasir dünyada dialoqun daha da möhkəmləndirilməsində vacib amildir

“Startup School 4” proqramının finalı - “Demo Day” baş tutacaq

BDU əməkdaşlarının üç layihəsi Azərbaycan Elm Fondunun əsas qrant müsabiqəsinin qalibi olub

Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur

Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb

Seymur Fətəliyev: Azərbaycan irsi haqqında nəşrlərin ispan dilində hazırlanması böyük əhəmiyyət daşıyır

Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır

Vaqif Sadıqov: Ayxan Abbasov tək bu günü düşünmür, həm də gələcəyin komandasını qurur

Baş katib: TDT-yə üzv dövlətlərin müdafiə sənayesi sahəsində əməkdaşlıq etməsi xüsusi əhəmiyyət daşıyır

Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq

Elman Abdullayev: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı bələdçi rolunu oynayır.

Tbilisidə Orta Dəhlizlə bağlı müzakirələr aparılır

“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib

Azərbaycanın müharibədən sonra geosiyasət quruculuğu - TƏHLİL

Nazir: Məqsədimiz regional ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaqdır

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Ahıllar və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında futbol matçı keçirilib

Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyəcək

Yunanıstan mediası: Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsi diqqət mərkəzindədir

Agentlik: Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 210 nəfər yaşayır

Naxçıvanda 142 ümumtəhsil məktəbində 179 məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb - FOTOLAR

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

“TEXNOFEST” festivalında məsafədən minatəmizləmə üzrə yerli sistemlər və robotlar təqdim edilib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 1 oktyabr

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilir YENİLƏNİB 2

İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi bu gündən fəaliyyətə başlayıb

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək

Sabiq nazir: Cənubi Qafqazın üç ölkəsi rəqabətqabiliyyətli sahələri müəyyənləşdirməlidir

ADEX Azərbaycanın müdafiə sənayesinin imkanlarını nümayiş etdirən strateji platformadır ŞƏRH

“Azərbaycan irsi UNESCO siyahılarında” – yeni nəşr

® Azərbaycan ilə Mərkəzi Baltik regionu arasında iqtisadi əməkdaşlığın yeni istiqamətləri “AZEXIM FORUM”da müzakirə olunub

Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb

Mərkəzi Elmi Kitabxanada Mustafa Şabanovun kitabları təqdim edilib

Baş Prokurorluq Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırmanın aparıldığını açıqlayıb – YENİLƏNİB 3 VİDEO

Baş Prokurorluq Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırmanın aparıldığını açıqlayıb – YENİLƏNİB 3 VİDEO

Fərid Şəfiyev: Orta Dəhlizlə yanaşı, digər yeni bağlantıların formalaşması regionun tranzit əhəmiyyətini artırır

Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb

İcbari Sığorta Bürosu: VÖEN məlumatlarının əldə edilməsi üzrə bəzi xidmətlər müvəqqəti əlçatmaz ola bilər

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Sədaqət Qəhrəmanova: Qadınların rəqəmsal mühitdə imkanlarının genişləndirilməsi vacibdir

Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb

Ötən gün 56 cinayətin açılması təmin olunub

Şərurun bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq

Neft Fondu “Brookfield” ilə investisiya imkanlarının araşdırılması üzrə strateji tərəfdaşlığa başlayır

Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Fərhad Məmmədov: Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur

Türk mütəxəssis: Azərbaycan bizim vətənimizdir, təcrübəmi buradakı voleybolçulara ötürmək istəyirəm - MÜSAHİBƏ

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb

Mehmet Daniş: Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Sodyq Safoev: Mərkəzi Asiya regionu dünyada baş verən əsas proseslərin təsiri altındadır

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

“ADEX 2026” sərgisində AzTU-nun innovativ layihələri nümayiş olunur

Türk nümayəndə: Azərbaycanın qazandığı Zəfərin ölkəmizin müdafiə sənayesində yeni texnologiyaların inkişafına böyük töhfəsi olub

Xələf Xələfov: Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır

Kayrat Sarıbay: Media Forumu AQEM-in təşəbbüslərini daha geniş auditoriyaya çatdırmaq üçün əla imkandır

Rəqəmsal platformada insan resurslarının kompleks idarə olunması üçün intellektual sistem təqdim olunub

Türkiyə şirkətinin baş direktoru: “Havelsan” 400-dən çox simulyator növü istehsal edir

“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb

Haluk Görgün: Azərbaycanın müdafiə sənayesinin inkişaf səviyyəsi sərgidə çox yaxşı nümayiş etdirilir

Ekspert: Orta Dəhliz dövlətlə yanaşı, özəl sektora da gəlir gətirir

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetində olub

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Baş katib: Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir

® “Bank of Baku”da hüquqi şəxslərə özəl depozit – 11 faizədək gəlir!

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq VİDEO

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq VİDEO

Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir

Azərbaycan Prezidenti: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir

Fövqəladə Hallar Nazirliyi elektrikdoldurma qurğularının təhlükəsiz istismarı ilə bağlı əhaliyə müraciət edib

Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

Prezident: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

AQEM Media Forumunun iştirakçılarına

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb

Nazir: Rəqəmsallaşma və süni intellektin tətbiqi nəticəsində iqtisadi imkanların artdığını müşahidə edirik

Ümumi istifadədə olan avtomobil yollarında daha 3 elektron tərəzi quraşdırılıb

Azərbaycan nefti 119,26 dollara satılır VİDEO

Azərbaycan nefti 119,26 dollara satılır VİDEO

“AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteyni qəbul edir

Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

Frederik Star: Trans-Xəzər marşrutu regional əməkdaşlığın inkişafına töhfə verir

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir VİDEO

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir VİDEO

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi davam edir

“Birliyin Gücü-2026”: 3 500-dən çox hərbçi və 130 PUA təlimdə

Hərbi qulluqçularımız Gürcüstanda keçirilən dağçılıq təlimində iştirak ediblər