Azərbaycan Dövlət İnformasiya Agentliyi

Adil Əliyev: Ermənipərəst mövqeyini davam etdirsə, Fransa kimi, ABŞ da vasitəçi statusunu itirəcək

Adil Əliyev: Ermənipərəst mövqeyini davam etdirsə, Fransa kimi, ABŞ da vasitəçi statusunu itirəcək

Bakı, 16 sentyabr, AZƏRTAC

Azərbaycan müxtəlif dövlətlərlə əlaqələrini bərabərhüquqlu tərəfdaşlıq əsasında formalaşdırır. Önəmli olan daxili işlərə qarışmamaq və ikili standartlardan uzaq olmaqdır. Təəssüf ki, Amerika Birləşmiş Ştatları bu prinsipi yenə pozmaqla məşğuldur. Amerikalı rəsmilər bir tərəfdən Azərbaycanla strateji əməkdaşlığın əhəmiyyətindən danışır, digər tərəfdən son günlər ermənipərəst konqresmenlərlə səs-səsə verərək Azərbaycan əleyhinə açıqlamalar yayırlar. Konqresdə Qarabağla bağlı dinləmələrdə səslənən absurd fikirlər buna sübutdur. Birincisi, sizə kim ixtiyar verib ki, Azərbaycanın tərkib hissəsi ilə bağlı dinləmələr keçirirsiniz? İkincisi, bu nə dinləmələrdir ki, ancaq bir tərəfin mövqeyi dinlənilir və əsassız şəkildə dəstəklənir? Dinləmələrdə bir konqresmen və bir ABŞ rəsmisi demədi ki, Qarabağ ermənilərinin Azərbaycan qanunları ilə yaşamaları vacibdir, məsələlərin həlli yolu bundan keçir. ABŞ-da yaşayan kimsə və ya hansısa etnik qrup bəyan etsə ki, onlar yerli qanunlarla yaşamaq istəmirlər, orada yaşamağa davam edə bilərlərmi? Bizim də tələbimizi eynidir: Azərbaycan ərazisində yaşayan hər kəs Azərbaycan qanunları ilə yaşamalı və Azərbaycan pasportuna malik olmalıdır. Vəssalam! Amerika Birləşmiş Ştatlarının rəsmiləri və konqresmenləri 30 ildə Azərbaycan torpaqlarının işğalı ilə bağlı dinləmələr bir yana, bircə kəlmə də demədilər, Xocalı soyqırımına, şəhər, kənd və qəsəbələrimizin, məscidlərin dağıdılmasına seyrçi qaldılar. İndi də tutublar ki, “Azərbaycan Qarabağda qayda-qanun yaratmamalıdır”. Maraqlıdır, amerikalı konqresmenlər və rəsmilər eyni sözləri Ukrayna, Moldova və Gürcüstan üçün niyə demirlər? Halbuki Azərbaycanın tərəfdaşı olan bu ölkələrdə də separatçı bölgələr mövcuddur və Vaşinqton bu ölkələrin ərazi bütövlüklərini birmənalı şəkildə dəstəkləyir və bu ölkələrdə separatizmi birmənalı şəkildə pisləyir. ABŞ Konqresində Donbas, Abxaziya, Cənubi Osetiya və Dnestr bölgələri ilə bağlı dinləmələr keçirmək heç kimin ağlına gəlməz. Ancaq bizə gəldikdə, Qarabağla bağlı “dinləmələr” keçirməyi özlərinə borc bilirlər. Qarabağ separatizminin bu ölkələrdəki separatizmdən nə fərqi var?

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini Adil Əliyev səsləndirib.

O qeyd edib ki, separatizm ümumi bəladır və bu bəlaya münasibət eyni olmalıdır. Buna baxmayaraq, Vaşinqton erməni separatizminə sevgisini gizlədə bilmir və bu, ikili standartların bariz nümunəsidir. Necə olur ki, başda Ukrayna olmaqla, ABŞ Rusiya ilə bütün məsələlərdə əks-fikirdədir, ancaq Qarabağ məsələsində sanki Rusiyanın erməni separatizmini daha çox dəstəkləməsini və bəsləməsini istəyir. Vaşinqtonda onu da unudurlar ki, onların dəstək göstərdiyi Ukrayna Cənubi Qafqazda Azərbaycanla tərəfdaşlığa üstünlük verir. Ukrayna və Azərbaycan bir-birilərinin ərazi bütövlüklərini dəstəkləyir. Azərbaycan Ukraynaya humanitar yardımlar göndərir, mülki məqsədlər üçün bu ölkəyə yanacağını əsirgəmir, valideynlərini itirmiş ukraynalı uşaqlar mütəmadi olaraq ölkəmizdə dincəlir və psixoloji reabilitasiyadan keçirlər. Ermənistan Ukrayna üçün bunların heç birini etmədiyi halda Vaşinqton yenə rəsmi İrəvana və Qarabağ separatçılarına simpatiyasını gizlətmir. ABŞ Konqresi Ermənistanla birgə dəfələrlə Qarabağ separatçılarına da maliyyə dəstəyi ayırıb. Erməni separatçıların təmsilçiləri əvvəlki illərdə ABŞ-da müxtəlif tədbirlərə dəvət olunub, okeanın o tayında “Qarabağa yardım” kampaniyaları təşkil ediblər, separatçıların “bayrağı” Vaşinqton və Los-Anceles şəhərlərində dalğalanıb.

“ABŞ özünü dünyada demokratiyanın beşiyi kimi qələmə verir. Ancaq yaxın tarixdə ABŞ silahlı qüvvələrinin İraqa, Suriyaya və Liviyaya müdaxilələrinin demokratiya ilə yaxından-uzaqdan əlaqəsi olmayıb. Bu bölgələrdə yüz minlərlə insan həlak olub, ölkələr viran qalıb, demokratiya əvəzinə, anarxiya və terror tüğyan edib. ABŞ Əfqanıstanda guya “Taliban”la savaşırdı, lakin sonda ölkəni və paytaxt Kabili həmin “Taliban”a təhvil verib tələsik bu ölkəni tərk etdi. Belə misalların sayı çoxdur. ABŞ bir çox qitədə, o cümlədən Cənubi Amerika, Afrika və Avrasiyada öz dar maraqları uğrunda mübarizə aparır. ABŞ keçmiş sovet məkanında da maraqlarını təmin etmək uğrunda “döyüşür”, Soros kimi fırıldaqçıları “qeyri-hökumət təşkilatlarına dəstək” adı altında yeni inqilablara təşviq edirdi. Bu oyunlar Azərbaycanda baş tutmadı, çünki Ümummilli Liderimiz Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev kənar müdaxilələrə imkan vermədilər, ölkəmiz bölgədə sabitlik adasına çevrildi. Ancaq sakitləşmək olmaz. LGBT, “NO WAR”çılar, kimi qeyri-milli qüvvələr yenidən meydana çıxarmağa çalışırlar, USAID təşkilatı da əl atından həmin qruplara maliyyə ayırmaqla məşğuldur”, - deyə A.Əliyev vurğulayıb.

Vurğulanıb ki, Azərbaycan İkinci Qarabağ müharibəsində Qələbə qazandıqdan sonra Ermənistana barış əli uzatdı, ərazi bütövlüklərinin qarşılıqlı tanınması ilə sülh sazişinin imzalanmasını təklif etdi. Ermənistan sülhdən boyun qaçırır. Vaşinqton bölgədə həqiqi sülh və əməkdaşlıq istəyirsə, Ermənistana sülh sazişi ilə bağlı təsirini artırmalıdır. Ancaq ABŞ-dakı dairələr bunun əvəzinə Azərbaycanı hədələmək yolunu tutublar. ABŞ Dövlət katibi Antoni Blinken Ağdam-Xankəndi yolu ilə Laçın yolunun paralel açılmasını əvvəlcə dəstəklədi, ancaq sonra nə baş verdisə, ancaq Laçın yolunun açılması “vacibliyi”ni səsləndirməyə başladılar. İndi ABŞ Dövlət Departamentinin təmsilçisi Lui Bononu bölgəyə göndəriblər. Ancaq Dövlət Departamentində onun rəhbəri Yuri Kim Konqresdə Azərbaycanı hədələyən çıxış edibsə, Lui Bononun səfərindən də müsbət nəticə gözləməyə dəyməz.

“Bu siyasətlə ABŞ-ın Fransadan fərqi qalmayacaq. Fransa İkinci Qarabağ müharibəsi dövründə və ondan sonra ermənipərəst mövqeyi ilə vasitəçi statusunu itirib. ABŞ da eyni yolu getməyə davam edəcəksə, Vaşinqton da vasitəçi statusunu itirmək təhlükəsi ilə üzləşəcək. Bu isə onun Cənubi Qafqazdakı maraqlarının zəifləməsinə yol açacaq. Çünki Cənubi Qafqazın açar dövləti Azərbaycandır və əgər hansısa böyük güc Azərbaycan əleyhinə siyasət yürüdürsə, daxili işlərimizə qarışırsa, həmin dövlətin regionumuzda möhkəmlənmək şansı yoxdur”, - deyə Milli Məclis sədrinin müavini vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub

Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqalə dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib

Naxçıvanda iyun ayının pensiyaları ödənilib

Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib

Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Aşqabadda Səməd Vurğun sorağı

Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub

Azərbaycan nefti 99 dollara satılır

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir

Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib

Şəkidən Karaqandaya: diplomatiya yolunu seçən azərbaycanlı tələbənin hekayəsi

“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib

NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib

Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib

ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır

Tədqiqat: Manqrov meşələri bərpa olunur

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır

HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Misirə gəlib

Almaniya və Fransa liderləri Avropa İttifaqının tezliklə genişləndirilməsinin tərəfdarıdırlar

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib