ADMİU-da “Yeddi gözəl” adlı batika sərgisi keçiriləcək
Bakı, 4 mart, AZƏRTAC
Martın 5-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə istedadlı rəssam Şəhla Abbasovanın böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasına həsr olunmuş batika əsərlərindən ibarət sərgisinin rəsmi açılış və sərgi kataloqunun təqdimat mərasimləri keçiriləcək.
ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 95 illik yubileyləri münasibətilə keçiriləcək sərgidə rəssamın poemadakı yeddi müxtəlif ölkədən olan yeddi şahzadənin obrazının ipək parça üzərində təsvirləri nümayiş olunacaq.
Martın 9-dək davam edəcək sərginin açılış mərasimində universitetin tələbələrinin iştirakı ilə ədəbi-bədii hissə təqdim olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [20:50]
Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı
- 11.06.2026 [18:20]
Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO
- 11.06.2026 [16:37]
“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub
- 11.06.2026 [15:48]
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]