ADPU-da “Professor-müəllim heyətinin tədris yükünün azaldılması Qaydası” təsdiq edilib
Bakı, 1 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Professor-müəllim heyətinin tədris yükünün azaldılması Qaydası” təsdiq olunub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, qaydalarda elmi uğurları və tədqiqat səriştəsi əsas alınaraq professor-müəllim heyətinin illik tədris yükünün 40 faizədək azaldılması meyarları əks olunur. Müəyyən olunmuş 9 meyardan azı 4-nə cavab verən tədqiqatçı müəllimlərin müraciətləri əsasında onların dərs yükü azaldılacaq. Lakin bu qaydadan yararlanan tədqiqatçıların sayı ADPU-nun tam ştatda olan professor-müəllim heyətinin 5 faizindən çox olmamalıdır.
Qaydaların tətbiqinin əsas məqsədi akademik heyətin elmi-tədqiqat nəticələrini stimullaşdıraraq onları daha da yüksəltmək və nəticədə universitetin akademik nüfuzunu artırmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [15:57]
Balakəndə yüzədək Alban məbədi və onların qalıqları müəyyənləşdirilib
- 02.10.2026 [15:49]
ADU-nun Konfutsi İnstitutu növbəti dəfə qlobal videomüsabiqənin qalibi olub
- 02.10.2026 [15:36]
BMU “ADEX 2026”da 11 elmi-tədqiqat nəticəsi və innovativ həll təqdim edib
- 02.10.2026 [15:28]
BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
- 02.10.2026 [14:48]
AMEA XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
- 02.10.2026 [14:25]