ADTM Tərcümə Agentliyinin saytı fəaliyyətə başlayıb
Bakı, 15 may, AZƏRTAC
Ölkə üzrə tərcümə işinin düzgün təşkili, tərcümə xidməti keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin (ADTM) nəzdində təsis edilmiş ADTM Tərcümə Agentliyinin adtm.az. saytı fəaliyyətə başlayıb.
Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Agentliyin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumatlarla yanaşı, müxtəlif çeşidli tərcümə, tərtib, ən müasir tələblərə cavab verən poliqrafiya, dizayn, veb-dizayn və s. sahələr üzrə peşəkar xidmətlərdən istifadəni asanlaşdıran sayt rəsmi-hüquqi sənədlərin, spesifik terminoloji mətn və materialların (tibbi, hüquqi, texniki, elmi, bədii və s.), veb-sayt və vikipediya səhifələrinin ingilis, Azərbaycan, alman, rus, ərəb, ispan, türk, portuqal, yunan, ukrain, ivrit, italyan, gürcü və s. dillərə keyfiyyətli tərcüməsinə, eləcə də keyfiyyətli nəşrinə geniş imkanlar yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:37]
“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub
- 11.06.2026 [15:48]
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]
Ustadların irsi – Varislərin səsi
- 11.06.2026 [14:43]
Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan musiqisi səslənib
- 11.06.2026 [12:50]