AFFA KLUBLARI CƏRİMƏLƏMİŞDİR
“Gənclər birliyi” ilə “Olimpik”in görüşündə yerli komandanın futbolçusu Emil Paşayev aldığı ikinci sarı vərəqəyə görə qırmızı vərəqə ilə cəzalandığı üçün NİK-in qərarına əsasən o, növbəti oyundan kənarlaşdırılmış, təmsil olunduğu klub isə 200 manat məbləğində cərimələnmişdir.
“Şahdağ”-“Gilan” qarşılaşmasında yerli komandanın qapıçısı Osman Umarov qırmızı vərəqə ilə cəzalandığı üçün növbəti oyundan kənarlaşdırılmış, klub 200 manat cərimə edilmişdir.
“Xəzər-Lənkəran”-“Bakı “ görüşündə azarkeşlər meydançaya kənar əşyalar atdığına, kütləvi intizamsızlıq törətdiyinə görə meydan sahibi 8 min manat cərimə ödəməli olacaqdır. Bundan əlavə, komanda növbəti “ev oyununu” azarkeşlərsiz keçirəcəkdir.
Həmin görüşdə “Bakı” komandasının qapıçısı ikinci sarı vərəqəyə görə qırmızı vərəqə ilə cəzalandığı üçün növbəti oyundan kənarlaşdırılmış, klub isə 200 manat məbləğində cərimə edilmişdir. Bu görüşün fasiləsi zamanı “Bakı” komandasının baş meneceri Zeynal Məmmədov hakimlərə hədə-qorxu gəldiyinə görə, NİK-in qərarı ilə növbəti 10 oyun zamanı texniki zonadan kənarda qalacaqdır. Klub isə daha 8 min manat məbləğində cərimə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]