AFFA-nın baş katibi: Rəqibdən asılı olmayaraq, yalnız qələbə üçün oynamalıyıq
Bakı, 9 fevral, AZƏRTAC
“Güc baxımından daha münasib rəqiblərlə qarşılaşa bilərdik”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA-nın baş katibi Sərxan Hacıyev UEFA Millətlər Liqasının püşkatmasını dəyərləndirərkən deyib.
O, yığmanın kifayət qədər çətin qrupa düşdüyünü bildirib: "Rəqiblərin iddialı və güclü olmasına baxmayaraq, yaxşı futbol göstərmək və müsbət nəticələr əldə etmək lazımdır. Matçlara ciddi hazırlaşmalıyıq. Meydanda öz oyunumuzu sərgiləyib xal və ya xallar qazanmalıyıq”.
Baş katib qrupdakı hər üç rəqibin Azərbaycan millisinə tanış olduğunu vurğulayıb: “Bu komandaların hər biri ilə daha öncə oynamışıq. Ötən seçmə mərhələdə Bakıda İsveçə 3:0 hesabı ilə qalib gəldiyimiz matçda öz potensialımızı göstərdik. Rəqibdən asılı olmayaraq, yalnız qələbə üçün oynamalıyıq. Yaxşı oyun sərgiləsək, istədiyimiz nəticələri əldə edə bilərik".
Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasının C Divizionunda İsveç, Slovakiya və Estoniya seçmələri ilə birlikdə 1-ci qrupda yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]
Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır
Bu gün Ümumdünya Görmə Günüdür
- [07:36]
Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb
- 07.10.2026 [23:09]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [22:11]
Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub
- 07.10.2026 [21:29]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:27]
Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
- 07.10.2026 [21:16]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [21:05]
Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var
- 07.10.2026 [21:01]
Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb
- 07.10.2026 [20:03]
Bu saata olan əsas xəbərlər
- 07.10.2026 [20:00]
® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
- 07.10.2026 [19:00]
Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub
- 07.10.2026 [18:56]