AFFA Premyer Liqa təmsilçilərini cərimələyib
Bakı, 27 fevral, AZƏRTAC
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XXIV turunun matçlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
“Kəpəz”lə oyunda 4 futbolçusu sarı vərəqə alan “Qəbələ” 700 manat cərimə edilib. Həmçinin qəbələli azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “qırmızı-qaralar”a xəbərdarlıq edilib.
“Turan Tovuz” - “Neftçi” görüşündə ev sahibi komandanın azarkeşi tərəfindən meydana kənar əşya atıldığı, rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyi və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığı üçün bölgə təmsilçisi ümumilikdə 1800 manat cərimələnib.
Bundan başqa, Tovuz şəhər stadionunun 6 ədəd oturacağı qonaq komandanın azarkeşləri tərəfindən sındırıldığına görə dəymiş ziyan “Neftçi” klubu tərəfindən ödəniləcək.
“Sabah”la oyunda 4 futbolçusu sarı vərəqə alan “Səbail” isə 700 manat ziyana düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [23:03]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]