AFFA “Sabah” klubunun şikayətini qismən təmin edib
Bakı, 20 oktyabr, AZƏRTAC
Apellyasiya Arbitraj Tribunalı “Sabah” klubunun müraciətinə baxıb.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisinin futbolçusu Tuncay Cəfərli ilə bağlı şikayəti qismən təmin edilib.
Gənclər Liqasında keçirilmiş “Sabah” - “Araz-Naxçıvan” qarşılaşmasının 72-ci dəqiqəsində topsuz rəqibi vurduğu üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırılan yarımmüdafiəçinin 4 oyunluq cəzalandırılması ilə bağlı qərar ləğv edilib.
Oyunçunun həmin davranışı İntizam Məcəlləsi ilə müəyyən edilmiş “ciddi qayda pozuntusu” kimi qiymətləndirilib və oyun zamanı birbaşa qırmızı vərəqə görməsi nəzərə alınmaqla matçlardan 2 oyun kənarlaşdırılıb.
Apellyasiya şikayəti qalan hissədə təmin edilməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]