AFFA və “Qarabağ” klubu UEFA-nın təhlükəsizlik konfransında təmsil olunub
Bakı, 15 sentyabr, AZƏRTAC
İtaliyanın paytaxtı Romada UEFA-nın illik təhlükəsizlik konfransı (UEFA Safety&Security Conference) keçirilib.
Klubun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə “Qarabağ” klubunu PR & Marketinq şöbəsinin rəhbəri Yusif Cəfərov təmsil edib. Toplantıya AFFA-nın əməkdaşı Vasif Mahmudov da qatılıb.
Konfransda UEFA Avropa Liqasının qrup oyunları zamanı meydan sahibi və qonaq komanda azarkeşlərinin təhlükəsizliyi müzakirə olunub. Tədbir iştirakçıları digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.