Afina sambo üzrə Avropa çempionatına ev sahibliyi edəcək
Afina, 15 may, AZƏRTAC
Mayın 18-20-də Yunanıstanın paytaxtı Afinada sambo üzrə Avropa çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “Ano Liosiya” idman kompleksində keçiriləcək çempionatda 30 ölkəni təmsil edən 300 idmançı mübarizə aparacaq.
Yarışda Azərbaycan milli komandasının da iştirakı nəzərdə tutulur.
Yunanıstan bu yarışlarda 15 idmançı ilə təmsil olunacaq.
Sambo üzrə Avropa çempionatları 1972-ci ildən keçirilir. Yunanıstan, Çexiya, Belarus, Litva, Bolqarıstan, Rusiya, Serbiya, Böyük Britaniya və Avropanın digər ölkələri mütəmadi olaraq sambo çempionatlarına ev sahibliyi edirlər.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:18]
“Qarabağ” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb
- 11.06.2026 [13:11]
“Bayer” heyətinə yeni futbolçu cəlb edib
- 11.06.2026 [12:48]
Arif Əsədov: Dünya çempionatının əsas favoriti kimi Portuqaliyanı görürəm
- 11.06.2026 [11:21]
FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib
- 11.06.2026 [11:08]
“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb
- 11.06.2026 [10:57]
Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır
- 11.06.2026 [10:48]
NBA: “Nyu-York Niks” final seriyasında üçüncü qələbəsini qazanıb
- 11.06.2026 [10:27]