AFİNADA “DİN, SÜLH VƏ OLİMPİYA İDEALI” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLƏCƏK
Rum Patriarxı I Varfolomeyin dəvəti ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyev 2004-cü il avqustun 10-11-də Yunanıstanın paytaxtı Afina şəhərində keçiriləcək “Din, sülh və olimpiya idealı” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün avqustun 9-da Afinaya yola düşəcəkdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, XXVIII Yay Olimpiya oyunları ərəfəsində Yunanıstan Prezidenti Konstantinos Stefanopulosun himayəsi altında keçiriləcək bu beynəlxalq konfransın işində dünyanın görkəmli din xadimləri, hökumət nümayəndələri və dinşünas alimləri iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH
- 03.10.2026 [13:32]