AFR: kənd təsərrüfatı naziri yeni aviareysin ilk sərnişini olub
Berlin, 4 noyabr, AZƏRTAC
Berlindəki Villi Brandt adına beynəlxalq hava limanı bu günlərdə rəsmi şəkildə istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, beynəlxalq aviasiya kodu “BER” olan bu aeroportun açılış mərasiminin rəsmi hissəsi o vaxt sərnişinsiz keçib. Lakin burada koronavirus qarşısında “özlərini sındırmamağı” və yeni hökumət terminalının təqdimatı üçün hansısa əlamətdar hadisə baş verməsini gözləməməyi qərara alıblar. Ona görə də bu gün ilk rəsmi sərnişin AFR-in kənd təsərrüfatı, ərzaq və istehlak məsələləri naziri Yuliya Klökner olub. Əslində, nazir Tegel aeroportu bağlanmamışdan əvvəl onun son sərnişinləri siyahısında olmalı idi. Lakin bu zaman Klökner hələ Lüksemburqda, aqrar nazirlərinin konfransında idi. Bu səbəbdən də nazir artıq yeni aeroportda enmək məcburiyyətində qalıb.
İndi bu terminalı AFR-in rəsmi hava qapıları adlandırırlar.
Beləliklə, Yuliya Klökner Villi Brandt adına hava limanının ilk sərnişini kimi tarixə düşüb və bu mənada federal kansler Angela Merkeli qabaqlayıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]