AFR VƏ NİDERLAND QIRICI TƏYYARƏLƏRİ GÜRCÜSTANIN SƏRNİŞİN TƏYYARƏSİNİ TUTMAQ ÜÇÜN HAVAYA QALDIRILMIŞDIR
Gürcüstan təyyarəsi ilə rabitə əlaqəsi yaratmaq mümkün olmadıqdan sonra Almaniya və Niderland hərbi hava qüvvələrinin iki F-16 qırıcısı onu “yaxalamaq” üçün havaya qaldırılmışdır. Lakin şübhəli təyyarə Niderlandın hava məkanına daxil olanadək onunla rabitə əlaqəsi bərpa olunmuş, qırıcıların pilotları bu maşını identifikasiya etmişlər. Sərnişin təyyarəsi heç bir çətinlik olmadan Şipol hava limanına endirilmişdir. Rabitənin kəsilməsi səbəbləri araşdırılır.
AFR Müdafiə Nazirliyinin məlumatına görə, belə hadisələr kifayət qədər tez-tez baş verir. Təkcə 2005-ci ildə Lüftvaffenin qırıcı təyyarələri şübhəli hava gəmilərini tutmaq üçün təxminən 30 dəfə havaya qaldırılmışdır. Bütün hallarda həyəcana təyyarələrdə yaranan texniki problemlər səbəb olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [21:37]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [20:39]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]