Afrikalı hücumçu “Araz-Naxçıvan” klubunun tarixinə düşüb
Bakı, 23 oktyabr, AZƏRTAC
“Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 50-ci qolunu vurub.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley qoluna Elvis Maşike imza atıb.
Konqolu hücumçu Premyer Liqanın X turunda fərqlənib. “Qəbələ” ilə səfər görüşündə (4:1) komandasının 3-cü qolunu vuran afrikalı forvard klubun tarixinə düşüb.
“Araz-Naxçıvan”ın 50-ci qolu yüksək liqadakı 52-ci matçda qeydə alınıb. Qəbələdə daha bir dəfə fərqlənməklə bu rəqəmi 51-ə çatdıran komandanın orta məhsuldarlığı 0,98-dir. Naxçıvanlılar evdə 26, səfərdə 25 qol vurub.
Muxtar Respublika təmsilçisinin ilk qolu 2000-ci il avqustun 20-də qeydə alınıb. Quba “Şahdağ”ının qonağı olan “Araz-Naxçıvan” İlham Allahyarovun rəqib qapısına yol tapdığı matçda 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Qəbələdəki qələbə “Araz-Naxçıvan”ın yüksək liqada üç xal qazandığı 15-ci matç olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [23:11]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [22:03]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [21:34]
Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]