Ağac kəsən şirkət cəzalandırılıb
Bakı, 2 mart, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə paytaxtın Nizami rayonu, T.Abbasov küçəsi, 5 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayəti nazirliyin əməkdaşları yerində araşdırıblar.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin bildirib.
O qeyd edib ki, həmin ünvanda aparılan araşdırma zamanı 2 sərv ağacının “Təbriz Center” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tikinti işləri aparılan zaman kəsildiyi müəyyənləşib.
Faktla bağlı akt və protokol tərtib olunub.
“Təbriz Center” MMC-nin hüquqi şəxs qismində 50 min manat məbləğində cərimə olunması üçün toplanmış materiallar Nizami Rayon Məhkəməsinə göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:17]
Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ
- 05.10.2026 [12:53]
Sabah yağış yağacaq VİDEO
- 04.10.2026 [13:10]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]