Ağcabədi rayonunda qızlar arasında voleybol üzrə rayon birinciliyi keçirilib
Bakı, 12 aprel, AZƏRTAC
Ağcabədi rayonunda, Mirzə Fətəli Axundov adına şəhər 3 saylı məktəb-liseyin idman zalında qızlar arasında voleybol üzrə rayon birinciliyi keçirilib.
Rayon gənclər və idman idarəsindən AZƏRTAC-a bildiriblər ki, birincilikdə 15 məktəbin komandası mübarizə aparıb. Gərgin və maraqlı idman mübarizəsinin yekununda Səməd Vurğun adına şəhər 4 saylı, Hacıbədəlli kənd və Məmməd Əsədov adına şəhər 5 saylı tam orta məktəblərin komandaları müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar.
Yarışda fəxri kürsüdə yer alan komandaların üzvlərinə Ağcabədi rayon gənclər və idman idarəsinin diplomları təqdim olunub.
Turnir Ağcabədi rayon gənclər və idman idarəsinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilib.