SİYASƏT
AĞCABƏDİDƏ “HEYDƏR ƏLİYEV SİYASİ MƏKTƏBİ” DƏRSLƏRİ TƏŞKİL EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Ağcabədidə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məktəblilərə dolğun məlumat vermək üçün siyasi dərslər təşkil edilmişdir. Dərslərdə əsas məqsəd Heydər Əliyevin siyasi xətti, ulu öndərin xalqımız və dövlətimiz qarşısında xidmətləri haqqında şagirdlərə ətraflı məlumat verməkdir.
Məktəblilər ümummilli liderin abidəsinin önünə çiçək dəstələri düzdükdən sonra Heydər Əliyev muzeyinə gəlmiş, ulu öndərin zəngin həyatı, fəaliyyəti və siyasi irsi ilə tanış olmaq üçün dərslərə başlamışlar. Məktəblilər ulu öndərin keçdiyi həyat yolu, uşaqlıq və gənclik illərindən, ailə həyatından, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi illərdən, Azərbaycana rəhbərliyinin hər iki dövründən bəhs edən mühazirələr dinləmişlər.
Dahi şəxsiyyətin 70-ci illərdə Ağcabədiyə etdiyi səfərlər zamanı zəhmət adamları ilə, 1993-cü ildə Ağcabədiyə səfəri zamanı cəbhə xəttində əsgərlərlə görüşü barədə məktəblilərə geniş məlumat verilmişdir.