Ağdam rayon sakininə küt alətlə xəsarət yetirən şəxs həbs edilib
Ağdam, 22 dekabr, AZƏRTAC
Ağdam rayon sakini həmyerlisini küt alətlə vuraraq ona xəsarət yetirib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Belə ki, Ağdam Rayon Mərkəzi Xəstəxanasından rayon sakini E.Məmmədovun kəllə-beyin travması alması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Şahin Hüseynovun işlədikləri obyektdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı həmyerlisinə küt alətlə vuraraq xəsarət yetirdiyi müəyyənləşdirilib. Ş.Hüseynov saxlanılaraq barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [12:02]
Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
- 16.10.2026 [11:50]
Hadrutda energetiklər üçün təşkil olunan müsabiqənin final turu başlayıb
- 15.10.2026 [21:35]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]