Ağdamın Kəngərli kəndinə köçən daha 49 ailəyə evlərinin açarları təqdim olunub



Ağdam, 23 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Mayın 23-də doğma yurduna yola salınan köç karvanı Ağdamın Kəngərli kəndinə çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu mərhələdə köçürülən 232 nəfərdən ibarət 49 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim olunub. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2025 [19:48]
Qusarda keçirilən regional konfrans başa çatıb
- 19.06.2025 [19:34]
Mustafa Hamarat: Qarabağda aparılan bərpa işləri təqdirəlayiqdir
- 19.06.2025 [19:32]
Sankt-Peterburqda OANA-nın 19-cu Baş Assambleyası keçirilir
- 19.06.2025 [18:50]
Petro Koçi: Qarabağ gələcəkdə məşhur turizm məkanı ola bilər
- 19.06.2025 [18:46]