AĞDAŞDA HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ SPARTAKİADA BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü münasibətilə Ağdaşda yeniyetmələrin II ümumrayon spartakiadasına start verilmişdir.
Futbol, voleybol, boks, güllə atıcılığı, şahmat, atletika, karate, güləş, ümumilikdə on dörd idman növü təşkil edilən spartakiadanın Ağdaş şəhər stadionunda keçirilən təntənəli açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Rafiq Niftəliyev, Respublika Gənclər və İdman Nazirliyi idman şöbəsinin sektor müdiri Aydın Məmmədov, rayon gənclər və idman idarəsinin rəisi Azad Gözəlov çıxış edərək təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, indiki mərhələdə isə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə idmanın sürətlə inkişaf etməsindən, idmançılarımızın dünya və Avropa çempionatlarında, olimpiya oyunlarında yüksək nəticələr əldə etməsindən danışmışlar.
Dahi şəxsiyyətin layiqli davamçısı, ölkəmizin rəhbəri, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin apardığı gənclər və idman siyasətini yüksək qiymətləndirən natiqlər son illər bir çox şəhər və rayonlarda olimpiya idman komplekslərinin, stadionların, gənclər evlərinin inşa edilməsini vurğulamışlar.
Ağdaşda da idman hərəkatı geniş vüsət almış və hazırda idmançılara ən böyük hədiyyə ola biləcək Olimpiya İdman Kompleksinin tikintisində işlər davam etdirilir.
Şəhər stadionunda və rayonun müxtəlif idman klubu və cəmiyyətlərində keçiriləcək yarışlara mayın 10-da yekun vurulacaqdır. Qaliblərə gənclər və idman idarəsi tərəfindən diplom, medal və qiymətli hədiyyələr təqdim olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]