Agentlik direktoru: Ötən il İtaliya məhsullarının Azərbaycana ixracı 10 faiz artıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Ötən il İtaliya məhsullarının Azərbaycana ixracı 10 faiz artıb, altı ayda bu artım 14 faiz olub. Bu bir daha göstərir ki, Azərbaycanda İtaliya məhsullarına maraq artır.
AZƏRTAC xəbər verir ki, bunu İtaliya Ticarət Agentliyinin direktoru Çeçiliya Oliva Bakıda İtaliya Mətbəxi Həftəsi başlaması ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İtaliya məhsullarına bütün dünyada maraq getdikcə artır: "İtaliya həyat tərzini Azərbaycanda təşviq etmək üçün çalışırıq. İtaliya mətbəxi qida təhlükəsizliyini özündə ehtiva edir. Mətbəxi Azərbaycanda təşviq etmək üçün əlimizdən gələni etdik. İtaliyanın 20 regionu var və onların hər birinin özünəməxsus mətbəxi mövcuddur. Ümid edirəm ki, bu həftə İtaliya ilə Azərbaycan arasında mədəni, iqtisadi əməkdaşlığın daha da gücləndirilməsinə öz töhfəsini verəcək".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [18:43]
Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub
- 08.06.2026 [18:33]
Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ
- 08.06.2026 [17:42]