İDMAN
AĞIR ATLETİKA ÜZRƏ ÖLKƏ ÇEMPİONATI BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Aviasiya Akademiyasının idman bazasında keçirilən ağır atletika üzrə ölkə çempionatına yekun vurulmuşdur.
Müxtəlif rayonlardan 100-ə yaxın idmançının 8 çəki dərəcəsində mübarizə apardığı yarışlarda Hüseyn Hüseynov (56 kq, “Təhsil” RİM), Asif Məlikov (62 kq, DİN İC), Əfqan Bayramov (69 kq, “Təhsil” RİM), Turan Mirzəyev (77 kq, “Neftçi” İSM), Zülfüqar Həşimov (85 kq, “Neftçi” İSM), Əlibəy Səmədov (94 kq, Federasiya), Nizami Paşayev (105 kq, Federasiya), Alan Nanıyev (+105 kq, Federasiya) ölkə çempionu adını qazanmışdır.
Qaliblər milli yığma komandanın heyətinə cəlb olunaraq, apreldə Polşada keçiriləcək Avropa çempionatına hazırlaşdırılacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [12:23]
Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək
- 03.05.2024 [11:31]
"Gəncə" klubu rusiyalı voleybolçu ilə yollarını ayırıb
- 03.05.2024 [10:49]
"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri növbəti medalı qazanıblar
- 03.05.2024 [09:00]
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb
- 03.05.2024 [02:39]
Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə
- 03.05.2024 [02:04]