Ağır atletika üzrə Şərur rayon birinciliyinin qalibləri mükafatlandırılıb
Şərur, 9 mart, AZƏRTAC
Şərur Rayon Gənclər və İdman İdarəsi, Şərur Rayon Təhsil Şöbəsi və Naxçıvan Atletika Federasiyasının Şərur rayon bölməsinin birgə təşkilatçılığı ilə ağır atletika üzrə rayon birinciliyi başa çatıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yarışda 9 çəki dərəcəsində 18 idmançı iştirak edib.
Gərgin və maraqlı keçən yarışda 28 kiloqram çəki dərəcəsində Mikayıl Novruzov, 30 kiloqram çəki dərəcəsində Ramal Cəlilov, 35 kiloqram çəki dərəcəsində İbrahim Allahverdiyev, 38 kiloqram çəki dərəcəsində Əlirza Hüseynov, 44 kiloqram çəki dərəcəsində Məhərrəm Qurbanlı, 54 kiloqram çəki dərəcəsində İbrahim Əsədov, 56 kiloqram çəki dərəcəsində İlkin Kərimov, 76 kiloqram çəki dərəcəsində Həsən Babayev, qızlar arasında isə 51 kiloqram çəki dərəcəsində Gülcahan Əliyeva yarışın qalibi olublar.
Sonda qaliblər təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.