Ağstafada daha bir bıçaqlanma hadisəsi baş verib VİDEO
Ağstafa, 7 sentyabr, AZƏRTAC
Ağstafada bıçaqlanma hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Həsənsu kəndində qeydə alınıb. Kənd sakini, 1978-ci il təvəllüdlü E.Kərimov bıçaq xəsarəti diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.
Araşdırma zamanı məlum olub ki, E.Kərimovu tanışı, 1983-cü il təvəllüdlü Ş.İsmayılov aralarında yaranan mübahisə zamanı bıçaqlayıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ş.İsmayılov saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Müxbir -Ruslan Novruzoğlu