REGİONLAR
Ağstafada su sayğaclarını oğurlayan tutuldu


Ağstafa, 6 mart, Elcan Məmmədov, AZƏRTAC
Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində quraşdırılan su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakini, əvvəllər məhkum olunmuş, Şamil Məhərrəmov vətəndaşlara məxsus 30-a yaxın su sayğacını oğurlayaraq, ümumilikdə 1000 manatdan çox maddi ziyan vurub.
Ş.Məhərrəmov maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.12.2023 [18:22]
Gəncədə quyuya düşən şəxs xəstəxanada ölüb
- 02.12.2023 [13:13]
Saatlı sakinləri sənədsiz silahlarını polisə təhvil veriblər
- 02.12.2023 [10:28]
Qax şəhərinin küçələrinə asfalt döşənir
- 02.12.2023 [00:51]
Füzulidə “Nar şirəsi” tamaşası nümayiş olunub
- 02.12.2023 [00:30]
Şəkidə avtomobil dərəyə aşıb, xəsarət alan var
- 01.12.2023 [20:15]
Tovuz sakini dəm qazından dünyasını dəyişib VİDEO
- 01.12.2023 [18:07]