Ağsuda ev yanıb
Ağsu, 20 iyul, AZƏRTAC
İyulun 20-də saat 12:40 radələrində Ağsu rayonunun Vidadi küçəsində Manya Cəbiyevaya məxsus 31 nömrəli fərdi yaşayış evində yanğın baş verib.
AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, hadisə yerinə FHN-in Ağsu Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və 16 nəfər canlı qüvvəsi cəlb olunub. İkimərtəbəli yaşayış evini bürüyən qatı tüstü ilk anlar yanğının mənbəyini aşkar etməkdə çətinlik yaradıb. Nəhayət, yanğının binanın dam örtüyündən baş verdiyi müəyyənləşdirilib.
Yanğın saat 14:30-da söndürülüb. Hazırda yanğının səbəbləri araşdırılır, əhatə dairəsi müəyyənləşdirilir.