Azərbaycan Dövlət İnformasiya Agentliyi

AHİK İcraiyyə Komitəsi: Avropa Parlamentinin qətnaməsi heç kimdə şübhə doğurmayacaq qədər böhtandır

AHİK İcraiyyə Komitəsi: Avropa Parlamentinin qətnaməsi heç kimdə şübhə doğurmayacaq qədər böhtandır

Bakı, 12 mart, AZƏRTAC

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsi Avropa Parlamentinin 2022-ci il 10 mart tarixli Azərbaycanın işğaldan azad etdiyi ərazilərində “ermənilərə məxsus tarixi-mədəni abidələrin dağıdılması” ilə bağlı böhtan xarakterli qətnaməsinə dair bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir:

“Avropa Parlamentinin Şərqi Zəngəzurda və Qarabağda “ermənilərə məxsus tarixi-mədəni abidələrin dağıdılması”ndan bəhs edən qətnaməsi acı gülüş və təəssüf doğurur. Heç bir araşdırma aparmadan, faktlara istinad etmədən, yalnız ermənilərin səsləndirdikləri sərsəm fikirlər əsasında hazırlanan bu yersiz qətnamə heç kimdə şübhə doğurmayacaq qədər böhtandır. İlk növbədə, ona görə ki, ermənilər bu ərazilərə sonradan köçürüldükləri üçün onların burada nə qədim tarixi, nə də dərin mədəni irsi var. Ümumiyyətlə, dövlət yaradıb bu gün mövcud olduqları ərazilər də Azərbaycan torpaqlarıdır.

Təkcə XX əsrdə ermənilərin etdiyi vəhşiliklərə və vandal aktlarına nəzər yetirmək kifayət edir ki, onların əsl xarakteri ortaya çıxsın. 1905-1907-ci və 1918-1920-ci illərdə on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, yüzlərlə yaşayış məntəqəsi və tarixi-mədəni abidələr dağıdılıb yerlə yeksan edilmişdir. Bu cür çirkin və dağıdıcı, nifaq dolu əməllərin sahibi olan ermənilər və onların iftiralarına boyun əyən beynəlxalq qurumlar tolerantlıq mərkəzi olan Azərbaycanı nədən ittiham etməyə çalışır?!

1948-1953-cü illərdə 150 min, 1988-ci ildə isə daha 250 min azərbaycanlı Ermənistan ərazisindəki öz doğma yurdundan qovuldu. Onların mülki və təsərrüfat obyektləri talan edildi, məscidlər, dini və tarixi abidələr məhv edildi, Ermənistan monoetnik dövlətə çevrildi. Görəsən, bütün bu baş verənlər Avropa Parlamentini niyə düşündürmür!? Nə üçün maraqlanmırlar ki, həmin ərazilərdən qovulmuş azərbaycanlıların sahib olduqları mədəni irsin taleyi necə oldu?! Təbii ki, bu, hamıya yaxşı məlum olan ikili standartların, qərəzli yanaşmanın təzahürüdür.

Heç də uzağa getməyək, son 30 ilə nəzər salaq. Dünyanın, o cümlədən demokratik dəyərlərdən və insan haqlarından yerli-yersiz söz açan, bu anlayışları “patentləşdirən” Avropanın gözü qarşısında xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20 faizini işğal etdilər, dinc əhali amansızcasına qətlə yetirildi, Xocalıda bəşəriyyətin ən qanlı hadisələrindən biri törədildi, bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur oldu.

İşğal zamanı həmin ərazilərdə nəinki Azərbaycana məxsus məscidlər, dini, tarixi, mədəni abidələr, hətta iş o yerə çatdı ki, hər şeyi məhv etdikdən sonra təbiətə ziyan vurmağa, ekologiyanı korlamağa əl atdılar. Deyilənləri görmək üçün sadəcə işğaldan azad olunmuş ərazilərə səfər etmək kifayətdir. Hansı ki, bütün xarici jurnalistlər və diplomatlar üçün bu şərait yaradılıb və dəfələrlə səfərlər təşkil olunub. Bəs niyə Avropa Parlamenti fakt və sübut olmadığı halda “erməni mədəni irisinin məhv edilməsi”ndən bu qədər narahatdır, özü də Azərbaycan ərazisində, amma erməni vəhşiliyi ortada ola-ola bununla bağlı heç bir səs çıxarmır. Məgər görmürlərmi ki, vaxtilə böyük şəhərlər olmuş Ağdamda, Füzulidə, Cəbrayılda, ümumiyyətlə, canlı aləmin yaşaması üçün hər şey yox edilib.

Ermənistan tərəfindən Azərbaycan torpaqları işğal edilərkən 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri olub. Bu gün onların hansı vəziyyətdə olduğu hamıya məlumdur. Həmçinin Şərqi Zəngəzurda və Qarabağda 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Ermənilər müsəlmanları təhqir etmək üçün məscidlərdə donuz, inək saxlayırdılar. Bunu təsdiq edən foto və videolar da mövcuddur.

Ermənilər tərəfindən törədilən bütün bu vandallıq əməlləri hamılıqla qəbul edilmiş beynəlxalq hüququn prinsiplərinin, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Qeyd olunan faktları araşdırıb əldə etmək beynəlxalq qurumlar üçün o qədər də çətin deyil, nəinki erməni yalanlarına istinad edərək nüfuzuna xələl gətirəcək qətnamələr qəbul etmək.

AHİK-in İcraiyyə Komitəsi olaraq bir daha bəyan edirik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu cəmi 44 gün ərzində Ermənistanın 30 illik işğalına son qoydu, işğalçı məqsədlərlə yaradılmış və bu çirkin missiyanı icra edən bir ordu məhv edildi. Beynəlxalq təşkilatların bərpa edə bilmədiyi beynəlxalq hüququn pozulmuş prinsiplərini Azərbaycan özü, təkbaşına həll etdi, dünyada sülh və təhlükəsizliyi daim təhdid edən separatizmə tutarlı və layiqli cavab verildi. Bir sözlə, ədalət zəfər çaldı.

Həmin ərazilərə yenidən həyat qayıdır, 30 il dünyanın gözü qarşısında hüquqları tapdanmış bir milyondan çox məcburi köçkünün hüquqları bərpa edilir. Sadalananlar göstərir ki, Azərbaycanın bu tarixi missiyası beynəlxalq və regional təşkilatlar tərəfindən də alqışlanmalıdır.

İşğala son qoyulduqdan dərhal sonra Azərbaycan həmin ərazilərində erməni vandallarından fərqli olaraq, abadlıq-quruculuq işləri ilə məşğuldur. Bu çərçivədə dini, mədəni abidələrin, o cümlədən xristian irsinə mənsub abidələrin də bərpası istiqamətində fəal iş aparılır.

Təbii ki, Avropa Parlamenti bilməmiş deyil ki, Azərbaycan bütün mədəniyyətlərin, dinlərin, xalqların nümayəndələrinin birgə dinc şəkildə, mehriban və xoşbəxt yaşadığı multikultural və tolerant ölkədir. Mənşəyindən asılı olmayaraq, bütün mədəni irs dövlət səviyyəsində qorunur. Məhz buna görə də Avropa Parlamentini kiminsə yalan və böhtan xarakterli iddiaları səbəbindən əndişəyə düşməməyə, həqiqəti araşdırmağa və reallıqları dərk etməyə çağırırıq. Yalnız bu zaman Azərbaycanın sülh və təhlükəsizlik naminə bölgəyə gətirdiyi reallıqları aydın şəkildə görmək olar. Əks təqdirdə, bu tipli qətnamələr sabitliyi poza, sülh istiqamətində aparılan işlərə xələl gətirə bilər.

Bir daha Avropa Parlamentinin faktlardan uzaq, reallıqları əks etdirməyən, qeyri-obyektiv qətnaməsini şiddətlə qınayır, qurumu ədalətli mövqe tutmağa, buraxdığı səhvi aradan qaldırmağa və gələcəkdə belə hallara yol verməməyə çağırırıq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi