Ahıl şəxslərlə işləyən əməkdaşlar üçün psixososial reabilitasiya təlimi təşkil olunub
Bakı, 27 may, AZƏRTAC
Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin əməkdaşları üçün psixososial reabilitasiya təlimi təşkil olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Psixoloji Elmi Tədqiqat İnstitutu tərəfindən “Psixososial reabilitasiya proqramı” çərçivəsində təşkil olunan təlimlər əməkdaşların müvafiq sahədə bilik və bacarıqlarının artırılmasına xidmət edir.
Müəssisədə çalışan 40-a yaxın işçinin cəlb olunduğu təlim 8 gün davam edəcək. Təlim başa çatandan sonra iştirakçıların qazandıqları bilik səviyyəsi sorğu vasitəsilə öyrəniləcək, onlara təlimdə iştiraka dair sənədlər təqdim olunacaq.
Təlimçi psixoloq mütəxəssislər müəssisənin ahıl sakinləri ilə söhbətlər aparır, onlara psixoloji yardımlar da göstərirlər.