Aİ avtomobil istehsalında təhlükəsizlik yenilikləri tətbiq edəcək
Vyana, 29 mart, AZƏRTAC
Hər il Avropada nəqliyyat qəzalarında minlərlə insan həlak olur. Hər on qəzadan doqquzu insan diqqətsizliyi və səhvi ucbatından baş verir.
AZƏRTAC xəbər verir ki, qitədə avtomobil nəqliyyatında təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə Avropa İttifaqı 30-dək texniki sistemin avtomobillərdə tətbiqinə başlayacaq. Avropa Parlamentinin qərarına əsasən 2022-ci ildən etibarən istehsalçılar bazara çıxarılan yeni avtomobilləri bu texniki sistem və imkanlarla təchiz etməlidirlər.
Əsas texniki yeniliklər sırasına icazə verilən sürət həddini keçərkən avtomobilin müstəqil şəkildə sürəti nizamlaması, alkoqol registratorunun köməyi ilə sürücü içkili olduqda avtomobil mühərrikinin işə düşməməsi, sürətin avtomatik nizamlaması və əyləc, qəzaları qeydiyyata alan “blackbox”, avtobus və yük maşınları üçün piyada və velosipedçilərlə toqquşma xəbərdarlığı sistemləri və s. daxildir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]