Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketini təsdiqləyib
Bakı, 23 iyul, AZƏRTAC
Avropa İttifaqı ölkələri iyulun 23-də Rusiyaya qarşı 21-ci sanksiya paketi ilə bağlı razılığa gəlib. Bu paket bank sektoruna məhdudiyyətləri sərtləşdirmək və neft-qaz sənayesinə təzyiqi artırmaq məqsədi daşıyır.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen “X” sosial platformasında yazıb: “Rusiyaya qarşı 21-ci sanksiya paketi ilə bağlı razılaşmanı alqışlayıram. Ukraynanın hərbi impuls qazandığı bir vaxtda sanksiyalarımız Rusiyanın müharibə səylərinin iqtisadi təməllərini zəiflətməyə davam edir”. O əlavə edib ki, paket Aİ-nin əməliyyat qadağaları siyahısına Rusiyanın 32 bankını əlavə edir, həmçinin kriptovalyuta şirkətlərini və neft ticarət platformalarını hədəf alan tədbirləri nəzərdə tutur.
Aİ, həmçinin Moskvanın bazar şoklarından faydalanmasının qarşısını almaq üçün Rusiya neftinin qiymət həddinin tənzimlənməsini bir il müddətinə donduracaq.
Ursula Fon der Lyayen qeyd edib ki, Aİ ilk dəfə olaraq Rusiyanın “kölgə donanmasına” kömək edən gəmiləri də hədəfə alacaq. Onun sözlərinə görə, Brüssel rus döyüşçülərinin Aİ ərazisinə daxil olmasını rəsmi olaraq qadağan etmək istiqamətində mühüm addım atıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]