Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aİİ-nin "qonaqpərvər" Ermənistanda tədbiri: vədlər fonunda ziddiyyətlər

Aİİ-nin "qonaqpərvər" Ermənistanda tədbiri: vədlər fonunda ziddiyyətlər

Rusiyanın patronajlığı ilə yaradılmış Avrasiya İqtisadi İttifaqının (Aİİ) vassal Ermənistanda sammitinin keçirilməsi qeyri-adi hadisə deyil. Hazırda Ermənistan bu təşkilata sədrlik edir. Şübhəsiz ki, Ermənistan kimi qondarma və təcavüzkar bir ölkənin belə bir təşkilata üzv olması, Aİİ-yə şərəf gətirmir. Əksinə, Ermənistan daim Aİİ daxilində küskünlükləri, narazılığı, absurd tələbləri və iddiaları ilə vəziyyəti daha da mürəkkəbləşdirir. Ayrıca, Ermənistanın Azərbaycana qarşı düşmən mövqeyini bu təşkilata daxil olan heç bir dövlət paylaşmır. Buna baxmayaraq, ekspertlər İrəvanda Aİİ üçün hansısa müsbət prosesin başlaya biləcəyini istisna etmirdilər. Tədbirin gedişi göstərdi ki, real olaraq ciddi bir irəliləyiş yoxdur, lakin yeni vədlər vardır. Onların sırasında təşkilatın beynəlxalq miqyasda nüfuzunu artıra biləcək əməkdaşlığa başlaması xüsusi yer tuturdu. Həmin kontekstdə də təşkilatın İran, Çin, Sinqapur, Misir, İsrail və başqa ölkələrlə əlaqələrinin yaradılması imkanları nəzərdən keçirildi. Bu kimi hadisələrin fonunda Aİİ-də gedən proseslər və onun beynəlxalq aləmdə əks-sədası aspektində İrəvan sammitinin üzərində geniş dayanmağa ehtiyac duyduq.

Ermənistan və Avrasiya inteqrasiya modeli: əksliklərin ziddiyyəti və...

Avrasiya İqtisadi İttifaqının İrəvandakı toplantısı haqqında müxtəlif proqnozlar verilirdi. Bu təşkilatın Ali İqtisadi Şurasının prinsipial yeni məqamları gündəmə gətirəcəyinə inananlar vardı. Bunun əksinə, hələ ortada xeyli problemlərin və anlaşılmazlıqların olduğu arqumentini irəli sürərək İrəvan görüşünün növbəti formal müzakirələrdən ibarət olacağını proqnozlaşdıranlar da az deyildi. Reallıqda tədbir bu iki proqnozu özündə birləşdirən və bir sıra məqamları ilə yadda qalan hadisəyə çevrildi.

Məsələn, Vladimir Putinin gürcü jurnalistin Abxaziya və Cənubi Osetiyadan Rusiya hərbi bazalarının nə zaman çıxarılacağı ilə bağlı verdiyi sual KİV-in daha çox marağına səbəb olub. Rusiya Prezidentinin qısaca "nə zaman lazım bilsək" cavabını verməsi də jurnalistlərə maraqlı gəlib. Lakin Ermənistan XİN-in əməkdaşları jurnalisti tədbirdən uzaqlaşdırmaqla digər KİV nümayəndələrinin təəccübünə səbəb oldular.

Əlbəttə, görüşü yalnız bu kimi hadisələrlə xarakterizə etmək doğru olmazdı. Lakin bu epizod onu göstərir ki, İrəvandakı tədbirdə müəyyən bir xaotiklik olub. Bunu rusiyalı jurnalistlər də etiraf ediblər və obrazlı olaraq "bir erməni qaydasızlığı vardı" kimi ifadələr işlədiblər. Açığı, tədbirin rəsmi hissəsində də iştirakçıların mövqeləri arasında müəyyən uyğunsuzluq özünü göstərib.

Doğrudur, bir sıra KİV orqanları hansısa ciddi müsbət dəyişikliklərdən yazırlar. Məsələn, Sinqapur və İranla Aİİ-nin münasibətləri çox qabardılır. Sinqapur bu təşkilatla azad ticarət zonası ilə bağlı saziş imzalayıb. İran da oktyabrın 27-də analoji bir saziş imzalamaqdan bəhs edir. Hətta ekspertlər Prezident Həsən Ruhaninin İranın Aİİ-yə üzv olmasına maraq göstərdiyini deyirlər. Bundan başqa, Rusiya Prezidenti Serbiya, Çin, Hindistan da daxil olmaqla 13 dövlətin Aİİ ilə əlaqələrə maraq göstərdiyini ifadə edib.

Tədbirdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Ermənistanın baş naziri Nikol Paşinyanın qısa dialoqu ekspertlər tərəfindən vurğulanır. Belarus Prezidenti özünəməxsus səmimiyyətlə Azərbaycan Prezidenti İlham Əliyev ilə dostluq münasibətlərinin mövcud olduğunu qeyd edib. Eyni zamanda, N.Paşinyanla da dost olduğunu deyib. A.Lukaşenko heç zaman Ermənistana qarşı iş görməyəcəyini də ifadə edib. N.Paşinyan da Belarus və Ermənistanın ortaq maraqlarının olduğunu və həm də Azərbaycanla Ermənistanın problemlərinin mövcud olduğunu deyib. Belə çıxıb ki, Belarus Ermənistana görə Azərbaycanla münasibətlərini korrektə etməlidir.

Lakin N.Paşinyan onu dəqiqləşdirməyib ki, Azərbaycana münasibətdə Belarusla Ermənistanın ortaq marağı nədən ibarətdir. Çünki İrəvanın əsas marağı Azərbaycana qarşı təcavüz siyasətini yeritməkdir ki, Belarus da eyni mövqedədirmi? Yəni Ermənistan kimi, Belarus üçün də Azərbaycanın ərazi bütövlüyünü pozmaq dövlət marağına daxildirmi? Əlbəttə, daxil deyil. Deməli, N.Paşinyan növbəti dəfə Belarusu Azərbaycana qarşı təxribata çəkməyə çalışıb, ancaq A.Lukaşenko təcrübəli siyasətçi kimi naşı erməni liderin primitiv ara vurmasına qətiyyən uymaz.

Təbii ki, İrəvandakı iclasın başlıca gündəmində başqa məsələlər olub. Ekspertlərin fikrinə görə, onları iki qrupa bölmək olar. Əvvəla, liderlər Aİİ daxilindəki problemlərdən danışıblar. Onların, demək olar ki, hamısı təşkilatdaxili əməkdaşlığa olan maneələri vurğulayıblar. V.Putin, A.Lukaşenko, K.-J.Tokayev açıq deyiblər ki, bu aspektdə ciddi problemlər qalır. Üzv dövlətlərin istehsal etdikləri məhsulların təşkilatın məkanında dövriyyəsi çevik deyil, çox sayda hüquqi boşluqlar var ki, əməkdaşlığı sürətləndirmək imkanlarını çox aşağı salır. Bunlardan başqa, üzv dövlətlərin hamısının qəbul edə biləcəyi ortaq valyuta yoxdur. Buna baxmayaraq, İrəvanda ortaq maliyyə mühiti yaratmaqla bağlı niyyət sənədi qəbul edilib.

"Yaxşı arzular" və reallıq: Aİİ üçün qeyri-müəyyən vəziyyət

Ekspertlər bunu məzmunsuz, konkret mexanizmlərdən məhrum olan "yaxşı arzu" adlandırıblar. Maraqlıdır ki, Ermənistanın baş naziri də milli valyutalarla ticarət etməyə keçiddən dəm vurub. Heç bir dəyəri olmayan erməni dramı ilə kim ticarət aparacaq? Məsələn, Qazaxıstana erməni dramı nəyə görə lazımdır? Yaxud qırğız somundan üzv dövlətlər nədə istifadə edə bilərlər? Bu kimi suallar çoxdur və hələlik milli valyutalarla ticarət boş sözdən başqa bir şey deyil. Təşkilatda Rusiya, Belarus və Qazaxıstandan başqa, daxili real istehsala malik olan üzv yoxdur.

Digər tərəfdən, Aİİ-yə daxil olan ölkələrin əsas ticarət tərəfdaşı Avropa İttifaqı və Çindir. Qazaxıstan üçün bu məqam daha önəmlidir ki, onu ölkə Prezidenti İrəvanda vurğulayıb. Kasım-Jomart Tokayev deyib ki, ölkənin xarici ticarətinin 75 faizi Aİ ilə əlaqəlidir və bu faktı kənara qoymaq mümkün deyildir. Ayrıca, Rusiya və Belarusun çox sayda dövlətlərlə iqtisadi-ticari əlaqələri mövcuddur və onları heç bir Aİİ üzvü əvəz edə bilməz. Qalır Aİİ-nin təşkilat kimi başqa dövlətlərlə əlaqələrini gücləndirmək. Bu baxımdan ekspertlər Sinqapur və İran məsələsinə maraq göstərirlər.

Bundan başqa, İrəvanda Çinlə yaradılan əməkdaşlıq prosesinə ümid bəsləyirlər. Hesab edilir ki, Pekin "Bir kəmər, bir yol" layihəsi çərçivəsində Aİİ məkanında ciddi sosial-iqtisadi və ticari dəyişikliklər edə bilər. Lakin onlar bir mühüm məqamı nədənsə unudurlar: bunun üçün üzv dövlətlərdə uyğun infrastruktur olmalıdır. Bu isə yox dərəcəsindədir. Məsələn, bu baxımdan Ermənistan çox zəifdir. Yaxın perspektivdə onun infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf etdirə biləcəyi isə real görünmür. Eyni zamanda, ciddi geosiyasi məsələlər var ki, onları mütləq nəzərə almaq lazımdır.

Deyək ki, "Bir kəmər, bir yol" layihəsinin Aİİ ilə bağlı olan hissəsində Azərbaycan faktoru mütləq nəzərə alınmalıdır. Azərbaycanda inkişaf etmiş infrastruktur mövcuddur və Rusiya, İran və ya Ermənistanla Çin arasında nəqliyyat əlaqələrinin qurulması üçün Bakının müsbət yanaşması olmalıdır. Məsələn, "Şimal-Cənub" dəhlizinin işləməsi Azərbaycandan asılıdır. Və yaxud "Cənub-Qərb" marşrutunun açıq olması üçün Bakıya ehtiyac vardır. Azərbaycan isə Ermənistan işğal etdiyi əraziləri tərk etməyincə, bu layihələrin heç birində Ermənistanın iştirakına imkan verməyəcək. Bu məsələdə kiminsə, məsələn, Rusiya, Çin və ya İranın təzyiq edə biləcəyindən söhbət gedə bilməz. Azərbaycan milli maraqlarını qorumağa qadir dövlətdir.

Vurğulanan məqamların fonunda İranın Aİİ ilə əlaqələrə önəm verməyə başlaması maraqlı görünür. Tehranı başa düşmək olar. Ekspertlər etiraf edirlər ki, artıq Tehran Amerikanın tətbiq etdiyi sanksiyalardan çox əziyyət çəkir. Vəziyyət getdikcə daha kritik xarakter alır. Və bu prosesə Rusiya və Çin də təsir edə bilmirlər. Çünki onların özləri də amansız sanksiyalara tuş gəlirlər. Müəyyən mənada nə Moskva, nə də Pekin Tehrana görə "batmaq" fikrində deyillər. Bunu İran rəhbərliyi yaxşı başa düşür. Bu səbəbdən ən kiçik şansı belə əldən buraxmaq istəmirlər.

İran yaxşı bilir ki, Aİİ özlüyündə güclü təşkilat deyil. Lakin əgər İran bu təşkilata üzv olsa və ya çox yaxın münasibətlər qursa, məsələ siyasiləşər. Bu halda ABŞ üçün Aİİ də siyasi və geosiyasi rəqibə çevrilər. Deməli, bu təşkilata üzv olan dövlətlərə qarşı da sanksiyalar tətbiq etmək ehtimalı meydana gəlir. Məhz bu məqamı nəzərə alaraq Qazaxıstan İranın Aİİ-yə üzv olmasının əleyhinədir. Qazaxıstan tərəfi açıq deyir ki, belə bir addım məsələni sırf siyasi müstəviyə atır ki, bu da artıq dünyada güclü təşkilatlara, o cümlədən Amerikaya rəqib olmaq anlamına gəlir. Qazaxıstan İrana görə bu riskə getmək fikrində deyil. Bu isə onu göstərir ki, təntənəli vədlərə baxmayaraq, Aİİ-İran əlaqələrinin gələcəyi qeyri-müəyyənliklərlə doludur.

Bütün bunlar onu ifadə edir ki, rəsmi İrəvan Aİİ-nin bu tədbirindən siyasi şou düzəltməyə cəhd edib. Ancaq ekspertlər üçün bu süni davranış keçərli olmayıb. Yuxarıda vurğulanan və vurğulanmayan bir sıra digər ziddiyyətli məqamlar göstərir ki, Aİİ-nin arzu olunan səviyyəyə çatması üçün çox zaman lazım gələ bilər. Təşkilatın daxilində kifayət qədər çevik inteqrasiya mexanizmi və lazımi siyasi iradə yoxdursa, hansı ümidlə beynəlxalq nüfuzdan və təsir dairəsindən danışmaq olar? Hələlik Aİİ yoxdur, onun tərkibində ayrılıqda güclü Rusiya, Belarus və Qazaxıstan vardır!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO