Akademik Musiqili Teatra Bişkekdən qomuz göndərilib
Bakı, 27 fevral, AZƏRTAC
Qırğızıstan Respublikasının ölkəmizdəki konsulu Davron Almazbekov Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qonağı olub.
Teatrdan AZƏRTAC-a bildirilib ki, görüşdə konsul rejissor A.Babalının quruluş verdiyi “Cəmilə” (Ç.Aytmatov) tamaşası ilə bağlı aparılan hazırlıq işləri ilə yaxından maraqlanıb. O, Bişkekdən xüsusi olaraq Akademik Musiqili Teatra göndərilən qırğız xalqının milli musiqi alətini - tamaşada Atabəy İsmayılovun ifa edəcəyi qomuzu rejissora təqdim edib və bu səhnə əsərində istifadə olunacaq bəzi detalların məhz qırğızların milli mədəniyyətini əks etdirdiyini nəzərə alaraq, səfirliyin xüsusi təşəkkürünü teatr rəhbərliyinə bildirib.
D.Almazbekov iki ölkə arasında mədəni əlaqələrin genişlənməsinə təkan verən belə layihələrə görə tamaşanın ideya müəllifi və bədii rəhbəri, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevə və yaradıcı heyətə minnətdarlığını bildirib. O, gələcəkdə qarşılıqlı qastrol səfərlərlə müştərək mədəni əlaqələrin davam etdirilməsini arzulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]
“Solğun çiçəklər” yenidən Şuşa Teatrında nümayiş ediləcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]