Akademik Zərifə Əliyevanın xatirəsi Qəbələdə ehtiramla yad edilib
Qəbələ, 28 aprel, AZƏRTAC
Qəbələ Rayon Mərkəzi Xəstəxanası və Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə akademik Zərifə Əliyevanın büstü ziyarət olunub, önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov, Qəbələ Rayon Mərkəzi Xəstəxanasının direktoru Ceyhun Əhmədov və digər rəsmi şəxslər iştirak ediblər. Çıxış edənlər Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında göstərdiyi xidmətlərdən, Azərbaycan səhiyyəsinə verdiyi töhfələrdən və zəngin elmi irsindən bəhs ediblər.
Sonda akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Müxbir - Rasim İslamoğlu