Azərbaycan Dövlət İnformasiya Agentliyi

Akademik Zərifə Əliyevanın əbədiyaşar xatirəsi YAP Səbail rayon təşkilatında ehtiramla yad olunub

Bakı, 29 aprel, AZƏRTAC

YAP Səbail rayon təşkilatında görkəmli oftalmoloq- alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümü münasibətilə onlayn formatda videokonfrans keçirilib. Videokonfransda rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, partiya veteranları, fəal gənclər iştirak ediblər.

YAP Səbail rayon təşkilatından AZƏRTAC-a bildiriblər ki, əvvəlcə görkəmli alim, Azərbaycan tibb elmində yeni elmi məktəbin əsasını qoyan, nəhəng elmi tədqiqatların müəllifi, eyni zamanda, qayğıkeş ana və nümunəvi həyat yoldaşı akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyev hər il Zərifə Əliyevanın əbədiyaşar xatirəsinin Azərbaycan xalqı tərəfindən yüksək ehtiram və böyük məhəbbətlə yad olunduğunu diqqətə çatdırıb. Bildirib ki, akademik Zərifə Əliyeva, sözün əsl mənasında, mərhəmət, nəciblik, qayğıkeşlik və fədakarlıq rəmzi idi. Özünü bütünlüklə elmə, təhsilə, xalqının sağlamlığı, rifahı üçün böyük fədakarlıq tələb edən peşəsinə həsr edən və Azərbaycanın görkəmli qadın şəxsiyyətlərindən biri olan Zərifə xanımın adı dünya tibb elminə, ölkəmizin ictimai-siyasi tarixinə qızıl hərflərlə əbədi həkk olunub. Dahi, görkəmli siyasi və dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sadiq ömür-gün yoldaşı, Prezident, qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyevi dünyaya gətirən və böyüdən Zərifə xanım Əliyeva ən yüksək insani keyfiyyətləri özündə ehtiva edən, şərəfli həyat yolu keçən və özündən sonra zəngin elmi irs qoyan nadir qadın mütəxəssislərdən biri idi.

Ş.Hacıyev vurğulayıb ki, dövrünün ən məşhur siyasətçilərindən, dövlət xadimlərindən və alimlərindən biri olan Əziz Əliyevin ailəsində tərbiyə alan Zərifə xanımın həyatı enişli-yoxuşlu olub, bu nəcib və zərif Azərbaycan-türk qadını taleyin bütün çətinliklərinə, sınaqlarına mətanətlə sinə gəlib və istər ailə həyatında, istərsə də son dərəcə çətin peşəsində Azərbaycan xalqı üçün tarixi xidmətlərə imza atıb.

Qeyd olunub ki, Azərbaycan tibb elmində, xüsusilə insanın ən zərif və mürəkkəb bədən üzvü olan göz xəstəliklərinin müalicəsi sahəsində bir çox kəşflər məhz Zərifə xanımın adı ilə bağlıdır. Akademik XX əsrin ikinci yarısında SSRİ-də geniş yayılan traxoma xəstəliyinin müalicəsini tapan ilk alimlərdən biri idi. Minlərlə insanın dünya işığına həsrətinə son qoyan, dərdinə dərman olan və dünyada məşhurlaşan görkəmli oftalmoloq-alim Zərifə xanım təsadüfi deyil ki, dövrünün ən yüksək mükafatı - SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadın alim olub.

Zərifə Əliyevanın Azərbaycan tibb elmindəki əvəzsiz tarixi xidmətləri, tədqiqatları, müəllifi olduğu kitabları, əsərlərində həkim və xəstə arasındakı münasibətlərin psixoloji aspektlərinə xüsusi həssaslıqla yanaşması haqqında geniş danışan Ş.Hacıyev, eyni zamanda, görkəmli alim, etibarlı həyat yoldaşı və müqəddəs ana vəzifələrinin öhdəsindən layiqincə gəlməyi bacaran akademikin şərəfli həyat yolunun bütün gənclər üçün ən gözəl örnək olduğunu xüsusi vurğulayıb. Sədr yüksək fəxarət və əminliklə bildirib ki, Zərifə xanımın ruhu bu gün şaddır, çünki müstəqil Azərbaycanı güclü, qüdrətli dövlətə çevirən, 27 ildir düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad edən, Azərbaycan xalqının başını uca edən Prezident, ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı İlham Əliyev nəinki yaxın coğrafiyada, dünya miqyasında tanınan və yüksək nüfuza sahib olan ölkə rəhbəri, görkəmli dövlət xadimi və siyasətçidir. Ş.Hacıyev Azərbaycan xalqının qəlbində gözəl işləri, mərhəməti və qayğıkeşliyi ilə əbədi həyat qazanan Zərifə xanım Əliyevaya bir daha qəni-qəni rəhmət diləyib.

“Modern inkişaf və ailə cəmiyyəti” İctimai Birliyinin sədri, Nəsimi rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva yaddaşlara ləyaqətli xanım, bənzərsiz şəxsiyyət, görkəmli alim və incə ruhlu, gözəl ana kimi həkk olunan Zərifə Əliyevanın peşə fəaliyyəti, tədqiqatları və ailə həyatındakı rolu haqqında danışaraq onunla bağlı xatirələrini konfrans iştirakçıları ilə bölüşüb.

YAP Veteranlar Şurasının və YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü Adilə Abasova Zərifə xanımın taleyinin adı kimi zəriflik, yüksək nəcabət və ətrafındakı bütün insanlar üçün qayğıkeşlik, mərhəmət məktəbi olduğunu vurğuladı və gənclərə Zərifə Əliyevanın həyat və fəaliyyətini dərindən araşdırmağı, nümunələr götürməyi tövsiyə edib.

Çıxış edən YAP Səbail rayon “Müalicə-diaqnostika” (“Xüsusi Müalicə Sağlamlıq Kompleksi”) ərazi ilk partiya təşkilatının üzvü, həkim-oftalmoloq Bahar Mustafayeva görkəmli oftalmoloq-alim Zərifə Əliyevanı Azərbaycan təbabət elmində özünəməxsus yeri olan və yüksək fitri istedada sahib alim kimi xarakterizə edib, Zərifə xanımın dərinmənalı ömrünü kamillik və müdriklik məktəbi adlandırıb. Xeyirxahlıq və mərhəmətin Zərifə xanım üçün həyat tərzi olduğunu vurğulayan B.Mustafayeva bildirib ki, Zərifə xanımın nur dolu, parlaq xatirəsi yalnız onun yetirmələri və onu tanıyanların deyil, bütün Azərbaycan xalqının qəlbində yaşayıb və yaşayacaq.

YAP Səbail rayon “Vərəm həkimləri” (3 saylı Vərəm əleyhinə dispanser) ərazi ilk partiya təşkilatının üzvü Günel Hacıyeva Azərbaycan elmində peşə laboratoriyasının əsasını qoyan Zərifə xanımın gənclərə örnək olan nəcib xüsusiyyətləri, yüksək insani keyfiyyətləri və əxlaq prinsipləri, eləcə də bədii incəsənətə marağı və istedadı haqqında danışıb.

YAP Səbail rayon “Caspian International Hospital” ərazi ilk partiya təşkilatının üzvü Firuzə Ağayeva Azərbaycan oftalmologiya elminin inkişafında misilsiz xidmətləri olan Zərifə xanım Əliyevanın elmi irsi və milli təbabətimizə bəxş etdiyi saysız-hesabsız yetirmələri haqqında danışaraq onu Azərbaycan elminin fəxri adlandırıb.

Videokonfrans Zərifə xanım Əliyevanın elmi irsinə və şərəfli həyat yoluna dair fikir mübadiləsi ilə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO