AKBA qarşıdakı fəaliyyət istiqamətlərini açıqlayıb

Bakı, 23 may, AZƏRTAC
Ötən ildən Azərbaycan Kapital Bazarları Assosiasiyası fəaliyyətinin gücləndirilməsi ilə bağlı bir sıra addımlar atılıb, təşkilatın maliyyə dayanıqlılığı artırılıb və institutlaşması təmin edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Kapital Bazarları Assosiasiyasının (AKBA) Direktorlar Şurasının sədri Orxan Bağırov Maliyyə İnvestisiya Forumunda çıxışı zamanı deyib.
“Azərbaycan Kapital Bazarları Assosiasiyası ölkənin kapital bazarlarının inkişafına töhfə vermək üçün yenilənmiş konseptlə fəaliyyətinə davam edir. Yeni konseptin əsas məqsədi kapital bazarlarını hamı üçün anlaşılan, əlçatan və cəlbedici etməkdir. Qısa və orta müddətli dövrdə assosiasiya üzvlük və etik qaydalarını yenidən tənzimləməklə, üzvlük haqqı sistemini təkmilləşdirmək və üzvlərin aktivliyini artırmaq üçün müxtəlif reytinqlər tətbiq etməklə daxili idarəetmə mexanizmlərini möhkəmləndirəcəkdir. Assosiasiya hüquqi məsələlər üzrə ekspert mərkəzi quraraq mübahisələrin həllində peşəkar vasitəçilik etməyi, o cümlədən kapital bazarlarında iştirak etmək istəyən hüquqi şəxslər üçün məsləhət xidmətləri verməyi planlaşdırır. Assosiasiyamız yeni dövrdə analitika və tədqiqat fəaliyyətini genişləndirərək bazar araşdırmaları aparacaq, ekspert qruplarını gücləndirəcək və innovativ texnoloji həllər tətbiq etməklə üzvlərinə effektiv xidmət verəcək”, - deyə O.Bağırov qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2025 [19:16]
Bakıda IOTA-nın 29-cu Baş Assambleyasının texniki sessiyası işə başlayıb
- 18.06.2025 [19:10]