Aktauda “İki xalq - bir tale” kitabı qazax və rus dillərində nəşr edilmişdir
Aktau, 10 may (AZƏRTAC). Azərbaycanın Aktaudakı baş konsulluğunun təşəbbüsü ilə jurnalist Natalya Zadereskayanın “İki xalq - bir tale” kitabı qazax və rus dillərində nəşr olunmuşdur.
Nəfis şəkildə çap edilmiş kitabda Azərbaycan və qazax xalqlarının dostluğu, dövlətlərimizi birləşdirən Xəzər dənizi, onun zəngin ehtiyatları haqqında geniş söhbət açılır. Qeyd edilir ki, Azərbaycan və qazax xalqlarının daha da yaxınlaşmasında ulu öndər Heydər Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin xidmətləri əvəzsizdir.
Nəşrdə Qazaxıstanda yaşayan və işləyən tanınmış azərbaycanlılar haqqında da materiallar verilmişdir.
Kitabda Məngistayda və Manqışlaqda neft hasil olunmasının 50 illiyinə geniş yer ayrılmışdır.
Qeyd edilir ki, böyük təcrübəsi olan Azərbaycan neftçiləri bu regionda neft sənayesinin inkişafına öz töhfələrini vermişlər. Nəşrdə Qazaxıstan SSR-in Dövlət mükafatı laureatı, “Xalqlar Dostluğu” ordeninə layiq görülmüş A.Bekverdiyev, Qazaxıstanın Əməkdar Neftçisi M.Hüseynov, Aktau dəniz limanının birinci rəisi, Lenin ordenli İ.Allahverdiyev, Sosialist Əməyi Qəhrəmanı Ə.Şükürov, Aktaunun fəxri vətəndaşı C.Həbibov, jurnalist və publisist M.Mirzəyev haqqında materiallar verilmişdir.
Sonralar Azərbaycanın tanınmış jurnalisti və yazıçısı olan Cavad Cavadlı 12 yaşı olanda valideynləri ilə birlikdə Qazaxıstana sürgün olunmuşdu. Onun haqqında da kitabda material yer almışdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [17:29]
Elmira Axundova: Aleksandr Şarovski bütöv bir epoxa idi
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]