Albaniyanın Bulqiza şəhərində kütləvi zəhərlənmə baş verib
Bakı, 9 iyul, AZƏRTAC
Albaniyanın şimal-şərqindəki Bulqiza şəhərində kütləvi zəhərlənmə baş verib.
AZƏRTAC “The Star” saytına istinadla xəbər verir ki, 80-dən çox insan bu diaqnozla xəstəxanaya yerləşdirilib. Məlumata görə, xəstələrdə qarın ağrısı, qusma və halsızlıq əlamətləri olub.
Yerli səlahiyyətlilər zəhərlənməyə səbəbin suyun çirklənməsi olduğunu ehtimal edirlər. Bununla belə, analizlərdə bakterial çirklənmə aşkar edilməyib.
Hadisənin səbəbilə bağlı araşdırmalar davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]