Alfredo Soria: “Plug & Play” Azərbaycanda açıq innovasiya təşəbbüsünün genişləndirilməsini dəstəkləyir
Bakı, 2 sentyabr, AZƏRTAC
“Plug & Play” şirkəti Azərbaycanda dövlət müəssisələrində açıq innovasiyanın tətbiqi istiqamətində həyata keçirilən təşəbbüsün genişləndirilməsini dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, bunu “Plug & Play” şirkətinin regional direktoru Alfredo Soria “Plug and Play × IDDA – Industry Challenge” innovasiya vörkşopunda çıxışı zamanı deyib.
O bildirib ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə birgə həyata keçirilən proqram Azərbaycan innovasiya ekosistemi üçün mühüm imkan yaradır.
“Hazırda təşəbbüsün “Azərbaycan Dəmir Yolları” QSC və “Bakı Metropoliteni” QSC kimi dövlət müəssisələrində tətbiqi nəzərdə tutulur. Növbəti mərhələlərdə təşəbbüsün digər dövlət qurumlarında da tətbiqi planlaşdırılır. Əsas məqsəd texnologiya şirkətləri və startaplarla dövlət müəssisələri arasında əməkdaşlığı gücləndirmək və konkret problemlərə innovativ həllər tapmaqdır”, - deyə A.Soria qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [15:49]
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
- 02.10.2026 [15:42]
Azərbaycanda pul bazası artıb
- 02.10.2026 [15:11]