Alfredo Soria: “Plug&Play” Azərbaycandakı fəaliyyətini genişləndirmək niyyətindədir
Bakı, 2 sentyabr, AZƏRTAC
“Plug&Play” şirkəti Azərbaycanda fəaliyyətini genişləndirmək və ölkənin innovasiya ekosisteminin inkişafına töhfə vermək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bunu “Plug&Play” şirkətinin regional direktoru Alfredo Soria sentyabrın 2-də Bakıda keçirilən “Plug and Play × IDDA – Industry Challenge” innovasiya vörkşopu zamanı çıxışında deyib.
O bildirib ki, bu ilin əvvəlində “Plug&Play”in dəstəyi ilə altı yerli startapın Silikon Vadisinə səfəri təşkil olunub. Startaplar burada şirkətin tərəfdaşları və digər maraqlı tərəflərlə görüşlər keçirib.
A.Soria səfərin uğurlu nəticələr verdiyini qeyd edərək “Plug&Play”in Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi ilə bağlı müzakirələrin aparıldığını bildirib.
“Ümid edirəm ki, bu müzakirələr müsbət nəticələnəcək və Azərbaycanda innovasiya ekosisteminin qurulması istiqamətində əməkdaşlığımızı və tərəfdaşlığımızı genişləndirəcəyik”, – deyə regional direktor əlavə edib.