ALİ MƏKTƏBLƏRİN BOŞ QALAN PLAN YERLƏRİNƏ QƏBUL OLUNANLAR QEYDİYYATDAN KEÇMƏLİDİRLƏR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, 2008-2009-cu tədris ili üçün ali məktəblərin boş qalan plan yerlərinə və 11 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar avqustun 23-dək qeydiyyatdan keçməlidirlər.
Nəzərdə tutulan müddətdə qeydiyyatdan keçməyənlərin qəbul haqqında əmrləri ali məktəblərə göndərilməyəcəkdir.
Xatırladaq ki, ali məktəblərin boş qalan plan yerlərinə qəbul olunanların siyahısı “Abituriyent” jurnalının 7-ci, 11 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə daxil olanların siyahısı isə 8-ci nömrəsində dərc edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]